Surə 49 · Cüz 26
Al-Hujurat · 49:7
وَاعْلَمُوا أَنَّ فِيكُمْ رَسُولَ اللَّهِ ۚ لَوْ يُطِيعُكُمْ فِي كَثِيرٍ مِنَ الْأَمْرِ لَعَنِتُّمْ وَلَٰكِنَّ اللَّهَ حَبَّبَ إِلَيْكُمُ الْإِيمَانَ وَزَيَّنَهُ فِي قُلُوبِكُمْ وَكَرَّهَ إِلَيْكُمُ الْكُفْرَ وَالْفُسُوقَ وَالْعِصْيَانَ ۚ أُولَٰئِكَ هُمُ الرَّاشِدُونَ
7. Bilin ki, Allahın Rəsulu aranızdadır. Əgər o, bir çox işlərdə sizə güzəştə getsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da onlardır.
Təfsir
Ey möminlər! Bilin ki, Allahın rəsulu aranızdadır və ona vəhy nazil olur. Əgər yalan danışsanız, ona vəhy nazil olacaq və sizin yalan danışdığınızı ona xəbər verəcək. Odur ki, sizin məsləhətiniz üçün olan işləri o daha yaxşı bilir. Əgər o, sizin təklif etdiyiniz bir çox işlərdə sizə uysaydı, sizin üçün arzulamadığı əziyyətə düşərdiniz. Lakin Allah Öz lütfü ilə sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, beləliklə də, siz iman gətirmişsiniz, üstəlik, sizdə küfrə,Onun itaətindən çıxmağa və Ona asilik etməyə qarşı nifrət oyatmışdır. Məhz bu xislətləri özündə əks etdirən kimsələr doğru-düzgün yolda olanlardır.