Surə 49 · Cüz 26

Al-Hujurat · 49:16

قُلْ أَتُعَلِّمُونَ اللَّهَ بِدِينِكُمْ وَاللَّهُ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

16. De: “Siz dininizi Alla­ha­mı öy­rə­dirsiniz?” Halbuki Allah göy­lərdə olan­ları da, yerdə olanları da bilir. Allah hər şeyi bilir.

Təfsir

Ey Peyğəmbər! O bədəvilərə de: “Siz dininizi Allaha öyrədir və dindar olduğunuzu Ona bildirirsiniz?!” Halbuki Allah göylərdə olanları da, yerdə olanları da bilir. Allah hər şeyi biləndir. Ona Heç bir şey gizli qalmaz. Sizin dindar olduğunuzu Ona göstərməyinizə də ehtiyacı yoxdur.

Oxuyucuda aç - Surəni tam oxu