Surə 49 · Cüz 26

Al-Hujurat · 49:11

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا يَسْخَرْ قَوْمٌ مِنْ قَوْمٍ عَسَىٰ أَنْ يَكُونُوا خَيْرًا مِنْهُمْ وَلَا نِسَاءٌ مِنْ نِسَاءٍ عَسَىٰ أَنْ يَكُنَّ خَيْرًا مِنْهُنَّ ۖ وَلَا تَلْمِزُوا أَنْفُسَكُمْ وَلَا تَنَابَزُوا بِالْأَلْقَابِ ۖ بِئْسَ الِاسْمُ الْفُسُوقُ بَعْدَ الْإِيمَانِ ۚ وَمَنْ لَمْ يَتُبْ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ

11. Ey iman gətirənlər! Bir camaat di­gərini məsxərəyə qoy­ma­sın. Ola bilər ki, bunlar on­lardan daha yaxşı olsunlar. Qa­dınlar da qa­dınları lağa qoy­masınlar. Ola bilər ki, bunlar onlardan daha yax­şı ol­sunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə ça­­ğır­ma­yın. İman gətirdikdən son­ra fasiq adlan­maq necə də pis­dir. Məhz tövbə etmə­yənlər za­lımlardır.

Təfsir

Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Sizdən bir toplum di­gər bir topluma istehza etməsin. Ola bilər ki, istehza olunan toplum Allah yanında (istehza edən toplumdan) daha xeyirli olsun. İbrət Allah yanında xeyirli olmaqdadır. Qa­dınlar da qadınlara istehza etməsinlər. Ola bilər ki, istehza olunan qadınlar Allah yanında (istehza edilən qadınlardan) daha xeyirli olsunlar. Özünüz kimi mömin qardaşlarınıza tənə vurmayın və bir-birinizi xoşlamadığı ləqəblərlə çağırıb utandırmayın. Necə ki, ənsardan bəzisi, hələ Rəsulullah (səllallahu aleyhi və səlləm) (Mədinəyə) gəlməmişdən əvvəl bir-birini belə ləqəblərlə çağırardı. Sizlərdən kim belə etsə, fasiq sayılar. İman gətirdikdən son­ra fasiq adlan­maq necə də pis­dir. Bu günahlara görə tövbə etməyən kimsələr - məhz belələri, asiliklər edib özlərini məhvə uğratmaqla özlərinə zülm edənlərdir.

Oxuyucuda aç - Surəni tam oxu