Surə 49 · Cüz 26
Al-Hujurat · 49:14
۞ قَالَتِ الْأَعْرَابُ آمَنَّا ۖ قُلْ لَمْ تُؤْمِنُوا وَلَٰكِنْ قُولُوا أَسْلَمْنَا وَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ ۖ وَإِنْ تُطِيعُوا اللَّهَ وَرَسُولَهُ لَا يَلِتْكُمْ مِنْ أَعْمَالِكُمْ شَيْئًا ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
14. Bədəvilər: “Biz iman gətirdik!”– dedilər. De: “Siz qəlbən iman gətirmədiniz! Ancaq: “Biz müsəlman olduq!”– deyin. İman sizin qəlblərinizə hələ daxil olmamışdır. Əgər Allaha və Onun Elçisinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!”
Təfsir
Bədəvilərdən bəzisi Peyğəmbərin (səllallahu aleyhi və səlləmin) yanına gəldikdə: "Biz Allaha və Onun rəsuluna iman gətirmişik" – dedilər. Ey Peyğəmbər! Onlara de: “Siz iman gətirməmisiniz! Lakin siz: “Biz təslim olduq və boyun əydik!” – deyin. Hələ iman sizin qəlbinizə daxil olmamışdır, ola bilsin ki, tezliklə daxil olsun. Ey bədəvilər! Əgər siz Allaha və Onun rəsuluna itaət edərək iman gətirib yaxşı işlər görsəniz və haramlardan çəkinsəniz, Allah sizin əməllərinizin savabından heç bir şey əskiltməz. Şübhəsiz ki, Allah Öz qullarından tövbə edən kəsləri bağışlayar və onlara rəhm edər!”