Surə 49 · Cüz 26
O mankind, We created you · Al-Hujurat 49:13
يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُمْ مِنْ ذَكَرٍ وَأُنْثَىٰ وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا ۚ إِنَّ أَكْرَمَكُمْ عِنْدَ اللَّهِ أَتْقَاكُمْ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ
13. Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır.
Təfsir
Ey insanlar! Biz sizi bir kişidən - atanız Adəmdən və bir qadından - ananız Həvvadan yaratdıq. Demək, sizin nəsəbiniz eynidir. Elə isə nəsəb baxımından biriniz öz nəsəbi ilə digərinin yanında öyünməsin. Bundan sonra bir-biriniz yanında fəxr etmək üçün yox, bir-birinizi tanıyasınız deyə, sizi çoxlu xalqlara və qəbilələrə ayırdıq. Əslində, üstünlük yalnız təqva ilə ölçülür. Odur ki, Allah buyurur: Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah sizin hər bir halınızı bilir, həmçinin, sizin kamil və ya naqis olduğunuzdan da xəbərdardır. Bundan heç bir şey Ona gizli qalmaz.