As-Sajdah

سورة السجدة

Surə 32 · Məkki · 30 ayə

32:1Cüz 21 · s. 415

الم1

1. Əlif. Ləm. Mim.
32:2Cüz 21 · s. 415

تَنْزِيلُ الْكِتَابِ لَا رَيْبَ فِيهِ مِنْ رَبِّ الْعَالَمِينَ2

2. Şübhə yoxdur ki, bu Ki­tabı aləm­lərin Rəbbi olan Allah nazil et­mişdir.
32:3Cüz 21 · s. 415

أَمْ يَقُولُونَ افْتَرَاهُ ۚ بَلْ هُوَ الْحَقُّ مِنْ رَبِّكَ لِتُنْذِرَ قَوْمًا مَا أَتَاهُمْ مِنْ نَذِيرٍ مِنْ قَبْلِكَ لَعَلَّهُمْ يَهْتَدُونَ3

3. Yoxsa onlar: “Muhəmməd bunu özün­­dən uy­­durmuş­dur!”– de­yirlər. Xeyr, o, Rəb­bin­dən nazil olan bir haqdır ki, sən­dən öncə xə­bərdar edən peyğəmbər gəl­mə­­miş bir xalqı xə­bər­dar edə­sən. Bəlkə də, on­lar doğru yola yönələlər.
32:4Cüz 21 · s. 415

اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۖ مَا لَكُمْ مِنْ دُونِهِ مِنْ وَلِيٍّ وَلَا شَفِيعٍ ۚ أَفَلَا تَتَذَكَّرُونَ4

4. Göyləri, yeri və onların arasın­da­kıları altı gündə yara­dan, son­ra da Ər­şə ucalan Allah­dır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaət­çiniz var. Məgər düşünüb ibrət götür­mə­yə­cək­si­niz?
32:5Cüz 21 · s. 415

يُدَبِّرُ الْأَمْرَ مِنَ السَّمَاءِ إِلَى الْأَرْضِ ثُمَّ يَعْرُجُ إِلَيْهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ أَلْفَ سَنَةٍ مِمَّا تَعُدُّونَ5

5. O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da bu işlər sizin saydığınız il­lərdən min ilə bərabər olan bir gündə Ona doğ­ru yüksəlir.
32:6Cüz 21 · s. 415

ذَٰلِكَ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ الْعَزِيزُ الرَّحِيمُ6

6. Qeybi və aşkarı Bilən, Qüdrətli və Rəhmli olan Odur.
32:7Cüz 21 · s. 415

الَّذِي أَحْسَنَ كُلَّ شَيْءٍ خَلَقَهُ ۖ وَبَدَأَ خَلْقَ الْإِنْسَانِ مِنْ طِينٍ7

7. Hansı ki, yaratdığı hər şe­yi gözəl biçimdə yaratmış, in­sanı ilk ola­raq pal­çıqdan xəlq etmiş,
32:8Cüz 21 · s. 415

ثُمَّ جَعَلَ نَسْلَهُ مِنْ سُلَالَةٍ مِنْ مَاءٍ مَهِينٍ8

8. sonra onun nəslini bir damla də­yərsiz sudan əmələ gətirmiş,
32:9Cüz 21 · s. 415

ثُمَّ سَوَّاهُ وَنَفَخَ فِيهِ مِنْ رُوحِهِ ۖ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۚ قَلِيلًا مَا تَشْكُرُونَ9

9. sonra onu düzəldib müəy­yən şəklə salmış və ona Öz ru­hun­dan üfürmüş, sizə qulaq­lar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz!
32:10Cüz 21 · s. 415

وَقَالُوا أَإِذَا ضَلَلْنَا فِي الْأَرْضِ أَإِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ ۚ بَلْ هُمْ بِلِقَاءِ رَبِّهِمْ كَافِرُونَ10

10. Onlar deyirlər: “Biz tor­pağın için­də yox olandan son­ra ye­ni­dən­mi yara­dı­lacağıq?” Doğ­rusu, onlar öz Rəbbi ilə qarşı­la­şa­caq­la­rını inkar edirlər.
32:11Cüz 21 · s. 415

۞ قُلْ يَتَوَفَّاكُمْ مَلَكُ الْمَوْتِ الَّذِي وُكِّلَ بِكُمْ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ11

11. De: “Sizə müvəkkil olan ölüm mə­ləyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarıla­caqsınız!”
32:12Cüz 21 · s. 416

وَلَوْ تَرَىٰ إِذِ الْمُجْرِمُونَ نَاكِسُو رُءُوسِهِمْ عِنْدَ رَبِّهِمْ رَبَّنَا أَبْصَرْنَا وَسَمِعْنَا فَارْجِعْنَا نَعْمَلْ صَالِحًا إِنَّا مُوقِنُونَ12

12. Kaş ki, günahkarları öz Rəbbi qar­­şısında başlarını aşa­ğı di­kə­rək: “Ey Rəb­bimiz! Biz gördük və eşitdik. Bizi ge­ri qay­tar ki, yax­şı işlər görək. Hə­qi­qətən də, biz qətiyyətlə inan­dıq!”– deyəndə gö­rəydin!
32:13Cüz 21 · s. 416

وَلَوْ شِئْنَا لَآتَيْنَا كُلَّ نَفْسٍ هُدَاهَا وَلَٰكِنْ حَقَّ الْقَوْلُ مِنِّي لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ وَالنَّاسِ أَجْمَعِينَ13

13. Əgər Biz istəsəydik, hər kəsi doğ­ru yola yönəldərdik. La­kin Mə­­nim: “Cə­hənnəmi müt­ləq bütün günahkar cin və in­san­larla dol­du­racağam!” Sö­züm yeri­nə yetəcək.
32:14Cüz 21 · s. 416

فَذُوقُوا بِمَا نَسِيتُمْ لِقَاءَ يَوْمِكُمْ هَٰذَا إِنَّا نَسِينَاكُمْ ۖ وَذُوقُوا عَذَابَ الْخُلْدِ بِمَا كُنْتُمْ تَعْمَلُونَ14

14. Bu gününüzlə qarşıla­şa­cağınızı unut­duğunuza görə dadın əza­bı! Doğ­rusu, Biz də sizi unutduq. Etdiyiniz əməl­lərə görə dadın əbə­di əzabı!
32:15Cüz 21 · s. 416

إِنَّمَا يُؤْمِنُ بِآيَاتِنَا الَّذِينَ إِذَا ذُكِّرُوا بِهَا خَرُّوا سُجَّدًا وَسَبَّحُوا بِحَمْدِ رَبِّهِمْ وَهُمْ لَا يَسْتَكْبِرُونَ ۩15

15. Ayələrimizə ancaq o kəs­lər iman gətirirlər ki, ayələri­miz on­lara xatır­la­narkən təkəb­bür göstərmədən səcdəyə qa­panır, Rəb­bi­nə həmd-səna ilə təriflər deyirlər.
32:16Cüz 21 · s. 416

تَتَجَافَىٰ جُنُوبُهُمْ عَنِ الْمَضَاجِعِ يَدْعُونَ رَبَّهُمْ خَوْفًا وَطَمَعًا وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ16

16. Onlar gecə namazını qıl­maq üçün böyürlərini yataq­dan qaldı­rır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və on­lara ver­di­yi­miz ruzi­lərdən Allah yo­lun­da xərcləyirlər.
32:17Cüz 21 · s. 416

فَلَا تَعْلَمُ نَفْسٌ مَا أُخْفِيَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُنٍ جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ17

17. Etdikləri əməllərin mü­kafatı ki­mi onlar üçün gözlə­ri­nə se­vinc gəti­rə­cək nələr sax­landığını heç kəs bilmir.
32:18Cüz 21 · s. 416

أَفَمَنْ كَانَ مُؤْمِنًا كَمَنْ كَانَ فَاسِقًا ۚ لَا يَسْتَوُونَ18

18. Məgər möminlə fasiq ey­nidirmi? Onlar eyni ola bil­məz­lər!
32:19Cüz 21 · s. 416

أَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ جَنَّاتُ الْمَأْوَىٰ نُزُلًا بِمَا كَانُوا يَعْمَلُونَ19

19. İman gətirib əməlisaleh olanları etdikləri əməllərə görə Mə­va cən­nətlərində əbədi ziyafət gözləyir.
32:20Cüz 21 · s. 416

وَأَمَّا الَّذِينَ فَسَقُوا فَمَأْوَاهُمُ النَّارُ ۖ كُلَّمَا أَرَادُوا أَنْ يَخْرُجُوا مِنْهَا أُعِيدُوا فِيهَا وَقِيلَ لَهُمْ ذُوقُوا عَذَابَ النَّارِ الَّذِي كُنْتُمْ بِهِ تُكَذِّبُونَ20

20. Fasiqlərə gəldikdə isə, onların gedəcəkləri yer Oddur. Hər dəfə on­lar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onla­ra: “Yalan say­dığınız odun əzabını da­dın!”– deyilə­cəkdir.
32:21Cüz 21 · s. 417

وَلَنُذِيقَنَّهُمْ مِنَ الْعَذَابِ الْأَدْنَىٰ دُونَ الْعَذَابِ الْأَكْبَرِ لَعَلَّهُمْ يَرْجِعُونَ21

21. Ən böyük əzabdan əv­vəl Biz on­lara mütləq kiçik əzab­dan – dün­ya əza­bından dad­dıra­ca­ğıq ki, bəlkə doğru yola qa­yıt­sınlar.
32:22Cüz 21 · s. 417

وَمَنْ أَظْلَمُ مِمَّنْ ذُكِّرَ بِآيَاتِ رَبِّهِ ثُمَّ أَعْرَضَ عَنْهَا ۚ إِنَّا مِنَ الْمُجْرِمِينَ مُنْتَقِمُونَ22

22. Rəbbinin ayələri yadına salın­dıq­dan sonra onlardan üz dön­dərən kəs­dən daha zalım kim ola bilər? Şübhə­siz ki, Biz gü­nah­karlardan intiqam ala­­ca­ğıq.
32:23Cüz 21 · s. 417

وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ فَلَا تَكُنْ فِي مِرْيَةٍ مِنْ لِقَائِهِ ۖ وَجَعَلْنَاهُ هُدًى لِبَنِي إِسْرَائِيلَ23

23. Biz Musaya Kitab ver­mişdik. Sən onunla görüşə­cə­yinə şüb­hə etmə. Biz onu İsrail oğullarına doğru yol gös­tə­rən rəhbər et­miş­dik.
32:24Cüz 21 · s. 417

وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا ۖ وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ24

24. Səbir etdiklərinə və ayə­lərimizə yəqinliklə inandıqla­rı­na gö­rə Biz əmri­mizlə onlar­dan doğru yolu göstərən rəh­bərlər təyin et­miş­dik.
32:25Cüz 21 · s. 417

إِنَّ رَبَّكَ هُوَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ25

25. Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər ba­rə­sin­də Qi­ya­mət günü onla­rın arasında hökm verə­cək­dir.
32:26Cüz 21 · s. 417

أَوَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا مِنْ قَبْلِهِمْ مِنَ الْقُرُونِ يَمْشُونَ فِي مَسَاكِنِهِمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ ۖ أَفَلَا يَسْمَعُونَ26

26. Yurdlarında gəzib-do­laş­dıqları əv­vəlki neçə-neçə nə­sli məhv etmə­yi­miz onları doğru yola gətirmədimi? Hə­qiqətən, bun­da ibrətlər var. Mə­gər onlar qulaq asmırlar?
32:27Cüz 21 · s. 417

أَوَلَمْ يَرَوْا أَنَّا نَسُوقُ الْمَاءَ إِلَى الْأَرْضِ الْجُرُزِ فَنُخْرِجُ بِهِ زَرْعًا تَأْكُلُ مِنْهُ أَنْعَامُهُمْ وَأَنْفُسُهُمْ ۖ أَفَلَا يُبْصِرُونَ27

27. Məgər onlar quru yerə su axıdıb onunla həm hey­van­ları­nın, həm də öz­lərinin ye­dikləri nemətlər yetiş­dirdi­yi­mizi gör­mürlər? Hə­lə də bunu gör­mür­lər?
32:28Cüz 21 · s. 417

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْفَتْحُ إِنْ كُنْتُمْ صَادِقِينَ28

28. Onlar: “Əgər doğru da­nışanlar­dansınızsa, deyin görək bu hökm nə vaxt olacaq?”– deyirlər.
32:29Cüz 21 · s. 417

قُلْ يَوْمَ الْفَتْحِ لَا يَنْفَعُ الَّذِينَ كَفَرُوا إِيمَانُهُمْ وَلَا هُمْ يُنْظَرُونَ29

29. De: “Hökm günü kafir­lərə iman­ları fayda verməyə­cək və on­lara möh­lət də veril­məyəcəkdir”.
32:30Cüz 21 · s. 417

فَأَعْرِضْ عَنْهُمْ وَانْتَظِرْ إِنَّهُمْ مُنْتَظِرُونَ30

30. Artıq onlardan üz çevir və gözlə. Doğrusu, onlar da göz­lə­yir­lər.

Surənin əvvəlindən oxut

Hani Ar-Rifai - As-Sajdah · Tlawati