Surə 32 · Cüz 21

As-Sajdah · 32:12

وَلَوْ تَرَىٰ إِذِ الْمُجْرِمُونَ نَاكِسُو رُءُوسِهِمْ عِنْدَ رَبِّهِمْ رَبَّنَا أَبْصَرْنَا وَسَمِعْنَا فَارْجِعْنَا نَعْمَلْ صَالِحًا إِنَّا مُوقِنُونَ

12. Kaş ki, günahkarları öz Rəbbi qar­­şısında başlarını aşa­ğı di­kə­rək: “Ey Rəb­bimiz! Biz gördük və eşitdik. Bizi ge­ri qay­tar ki, yax­şı işlər görək. Hə­qi­qətən də, biz qətiyyətlə inan­dıq!”– deyəndə gö­rəydin!

Təfsir

Günahkarlar dirilmə gününü inkar etdiklərinə görə, Qiyamət günü zəlil halda başlarını aşa­ğı di­kə­rək, özlərinin rəzil olduğunu hiss edərək deyəcəklər: “Ey Rəb­bimiz! Biz yalan saydığımız dirilməni gördük və Sənin göndərdiyini elçilərin dediklərinin haqq olduğunu eşitdik. Bizi dünya həyatına qay­tar ki, Səni razı salacaq yax­şı işlər görək. Biz indi, dirilməyə və elçilərin dediklərinin doğru olduğuna yəqinliklə inanırıq. Əgər sən günahkarların o halını görsəydin, dəhşətli bir mənzərə görmüş olardın.

Oxuyucuda aç - Surəni tam oxu