Surə 32 · Cüz 21
As-Sajdah · 32:13
وَلَوْ شِئْنَا لَآتَيْنَا كُلَّ نَفْسٍ هُدَاهَا وَلَٰكِنْ حَقَّ الْقَوْلُ مِنِّي لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ وَالنَّاسِ أَجْمَعِينَ
13. Əgər Biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin Mənim: “Cəhənnəmi mütləq bütün günahkar cin və insanlarla dolduracağam!” Sözüm yerinə yetəcək.
Təfsir
Əgər Biz hər kəsi doğru yola yönəltmək və müvəffəq etmək istəsəydik, onları o yola yönəldərdik. Lakin Mənim: “Qiyamət günü Cəhənnəmi iki sinif kafirlərlə - imanı və doğru yolu, küfrə və zəlalətə dəyişən cinlər və insanlarla mütləq dolduracağam!” sözüm hikmət və ədalətlə yerinə yetəcək.