Surə 32 · Cüz 21

As-Sajdah · 32:14

فَذُوقُوا بِمَا نَسِيتُمْ لِقَاءَ يَوْمِكُمْ هَٰذَا إِنَّا نَسِينَاكُمْ ۖ وَذُوقُوا عَذَابَ الْخُلْدِ بِمَا كُنْتُمْ تَعْمَلُونَ

14. Bu gününüzlə qarşıla­şa­cağınızı unut­duğunuza görə dadın əza­bı! Doğ­rusu, Biz də sizi unutduq. Etdiyiniz əməl­lərə görə dadın əbə­di əzabı!

Təfsir

Qiyamət günü onlara qınanılaraq və alçaldılaraq deyiləcək: "Qiyamət günü haqq-hesaba çəkilmək üçün Allahın hüzuruna çıxacağınızı, dünya həyatında unutduğunuza görə dadın əza­bı! Doğrusu, siz haqq-hesaba çəkiləcəyiniz unutduğunuz kimi, Biz də sizi unutduq. Dünyada ikən etdiyiniz asiliklərə görə, dadın əbə­di Cəhənnəm atəşinin əzabını!

Oxuyucuda aç - Surəni tam oxu