Surə 32 · Cüz 21

As-Sajdah · 32:20

وَأَمَّا الَّذِينَ فَسَقُوا فَمَأْوَاهُمُ النَّارُ ۖ كُلَّمَا أَرَادُوا أَنْ يَخْرُجُوا مِنْهَا أُعِيدُوا فِيهَا وَقِيلَ لَهُمْ ذُوقُوا عَذَابَ النَّارِ الَّذِي كُنْتُمْ بِهِ تُكَذِّبُونَ

20. Fasiqlərə gəldikdə isə, onların gedəcəkləri yer Oddur. Hər dəfə on­lar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onla­ra: “Yalan say­dığınız odun əzabını da­dın!”– deyilə­cəkdir.

Təfsir

Küfr və asiliklər edərək Allahın itaətindən çıxmış kimsələrə gəldikdə isə, qiyamət günü onların qərar tutacaqları, onlar üçün hazırlanmış yer Oddur. Onlar orada əbədi qalacaqlar. Hər dəfə on­lar oradan çıxmaq istədikdə, yenidən ora qaytarılacaq və onla­ra qınanılaraq deyilə­cəkdir.: “Dünyada ikən peyğəmbərlərinizin sizi qorxutduğu, yalan saydığınız odun əzabını da­dın!”

Oxuyucuda aç - Surəni tam oxu