Surə 32 · Cüz 21
As-Sajdah · 32:21
وَلَنُذِيقَنَّهُمْ مِنَ الْعَذَابِ الْأَدْنَىٰ دُونَ الْعَذَابِ الْأَكْبَرِ لَعَلَّهُمْ يَرْجِعُونَ
21. Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan – dünya əzabından daddıracağıq ki, bəlkə doğru yola qayıtsınlar.
Təfsir
Rəbbinin itaətindən çıxan və haqqı yalan sayan kimsələr tövbə etməsələr, Axirətdə onlar üçün hazırlanmış ən böyük əzabdan əvvəl Biz onlara bu dünyada müsibətlər və bəlalar daddıracağıq ki, bəlkə onlar Rəbbinə itaət etməyə qayıtsınlar.