Surə 32 · Cüz 21

As-Sajdah · 32:27

أَوَلَمْ يَرَوْا أَنَّا نَسُوقُ الْمَاءَ إِلَى الْأَرْضِ الْجُرُزِ فَنُخْرِجُ بِهِ زَرْعًا تَأْكُلُ مِنْهُ أَنْعَامُهُمْ وَأَنْفُسُهُمْ ۖ أَفَلَا يُبْصِرُونَ

27. Məgər onlar quru yerə su axıdıb onunla həm hey­van­ları­nın, həm də öz­lərinin ye­dikləri nemətlər yetiş­dirdi­yi­mizi gör­mürlər? Hə­lə də bunu gör­mür­lər?

Təfsir

Məgər yenidən dirilməni yalan sayan o günahkarlar, bitki bitməyən qurumuş torpağa yağış nazil edib, o su vasitəsilə həm onların dəvələrinin, inəklərinin və qoyunlarının, həm də onların öz­lərinin yedikləri nemətləri yetişdirdi­yi­mizi gör­mürlər?! Hə­lə də bunu görmürlər və dərk etmirlər ki, qurumuş torpağı canlandıran Allah, ölüləri də diriltməyə qadirdir?!

Oxuyucuda aç - Surəni tam oxu