Surə 32 · Cüz 21

As-Sajdah · 32:26

أَوَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا مِنْ قَبْلِهِمْ مِنَ الْقُرُونِ يَمْشُونَ فِي مَسَاكِنِهِمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ ۖ أَفَلَا يَسْمَعُونَ

26. Yurdlarında gəzib-do­laş­dıqları əv­vəlki neçə-neçə nə­sli məhv etmə­yi­miz onları doğru yola gətirmədimi? Hə­qiqətən, bun­da ibrətlər var. Mə­gər onlar qulaq asmırlar?

Təfsir

Məgər onlar kordular, görmürlər ki, keçmiş ümmətlərdən neçə-neçə insanları məhv etmişik?! Onlar həlak olmamışdan əvvəl öz yurdlarında gəzib-dolaşır və öz hallarından ibrət almırdılar. Həqiqətən, o ümmətlərin küfr və asiliklər etdiklərinə görə başlarına gəlmiş müsibətlərdə, Allah tərəfindən onlara göndərilmiş peyğəmbərlərin dediklərinin doğru olduğuna dair dəlillər vardır. Məgər Allahın ayələrini yalan sayan o günahkarlar deyilənləri eşidib ibrət almırlar?!

Oxuyucuda aç - Surəni tam oxu