Surə 32 · Cüz 21
As-Sajdah · 32:24
وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا ۖ وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ
24. Səbir etdiklərinə və ayələrimizə yəqinliklə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik.
Təfsir
İsrail oğulları Allahın əmrlərinə yerinə yetirməyə, qadağan etdiklərindən çəkinməyə və dəvət yolunda özlərinə verilən əziyyətlərə səbir etdiklərinə, habelə, peyğəmbərlərinə nazil edilmiş Allahın ayələrinə yəqinliklə iman gətirdiklərinə görə, Biz onlardan insanları haqqa yönəldən, onlara doğru yolu göstərən rəhbərlər təyin etmişdik.