Surə 32 · Cüz 21
As-Sajdah · 32:4
اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۖ مَا لَكُمْ مِنْ دُونِهِ مِنْ وَلِيٍّ وَلَا شَفِيعٍ ۚ أَفَلَا تَتَذَكَّرُونَ
4. Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz var. Məgər düşünüb ibrət götürməyəcəksiniz?
Təfsir
Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, bunları bir göz qırpımından da tez yaratmağa qadir olan, sonra da Özünə layiq olan tərzdə Ərşə ucalan Allahdır. Ey insanlar! Sizin Ondan başqa nə işlərinizi yoluna qoyacaq bir haminiz, nə də Rəbbiniz yanında sizə havadarlıq edəcək bir şəfaətçiniz var. Niyə siz düşünüb, sizi yaradan Allaha ibadət etmir və Allahdan qeyrisinə ibadət etməyi tərk etmirsiniz?!