Surə 32 · Cüz 21

As-Sajdah · 32:3

أَمْ يَقُولُونَ افْتَرَاهُ ۚ بَلْ هُوَ الْحَقُّ مِنْ رَبِّكَ لِتُنْذِرَ قَوْمًا مَا أَتَاهُمْ مِنْ نَذِيرٍ مِنْ قَبْلِكَ لَعَلَّهُمْ يَهْتَدُونَ

3. Yoxsa onlar: “Muhəmməd bunu özün­­dən uy­­durmuş­dur!”– de­yirlər. Xeyr, o, Rəb­bin­dən nazil olan bir haqdır ki, sən­dən öncə xə­bərdar edən peyğəmbər gəl­mə­­miş bir xalqı xə­bər­dar edə­sən. Bəlkə də, on­lar doğru yola yönələlər.

Təfsir

Yoxsa bu kafirlər: “Muhəmməd bunu Rəbbinə qarşı özün­­dən uydurmuş­dur!”– de­yirlər. Bu, heç də onların dediyi kimi deyil. Əksinə, ey Peyğəmbər, o, sənin Rəb­bin­dən nazil olan bir haqdır ki, səndən əvvəl Allahın əzabı ilə qorxudan peyğəmbər gəl­mə­­miş bir qövmü xəbər­dar edə­sən. Bəlkə, on­lar haqq yola hidayət olunalar, ona boyun əyələr və ona əməl edələr.

Oxuyucuda aç - Surəni tam oxu