Surə 32 · Cüz 21
As-Sajdah · 32:10
وَقَالُوا أَإِذَا ضَلَلْنَا فِي الْأَرْضِ أَإِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ ۚ بَلْ هُمْ بِلِقَاءِ رَبِّهِمْ كَافِرُونَ
10. Onlar deyirlər: “Biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər.
Təfsir
Öldükdən sonra yenidən dirilməyi yalan sayan müşriklər deyirlər: “Biz ölüb torpağın içində yox olduqdan və cəsədimiz torpağa çevrildikdən sonra, yenidən dirildiləcəyik?!” Bu, ağılasığmaz iddiadır. Əslində, onlar yenidən diriləcəklərini inkar edir və buna iman gətirmirlər.