At-Talaq

سورة الطلاق

Surə 65 · Mədani · 12 ayə

65:1Cüz 28 · s. 558

يَا أَيُّهَا النَّبِيُّ إِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ وَأَحْصُوا الْعِدَّةَ ۖ وَاتَّقُوا اللَّهَ رَبَّكُمْ ۖ لَا تُخْرِجُوهُنَّ مِنْ بُيُوتِهِنَّ وَلَا يَخْرُجْنَ إِلَّا أَنْ يَأْتِينَ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ ۚ وَتِلْكَ حُدُودُ اللَّهِ ۚ وَمَنْ يَتَعَدَّ حُدُودَ اللَّهِ فَقَدْ ظَلَمَ نَفْسَهُ ۚ لَا تَدْرِي لَعَلَّ اللَّهَ يُحْدِثُ بَعْدَ ذَٰلِكَ أَمْرًا1

1. Ey Peyğəmbər! Qadınları boşadı­ğınız zaman onları göz­ləmə müd­dət­lə­rində boşayın, gözləmə müddətini he­sabla­yın və Rəb­bi­niz olan Allahdan qor­xun. Onları, açıq-aşkar zina­kar­lıq et­mələri is­tisna ol­maqla, öz evlərinizdən qovub çıxart­ma­yın və onlar özləri də çıx­ma­sın­lar. Bu, Allahın qoy­du­ğu hüdud­lar­dır. Allahın qoydu­ğu hü­dud­ları aşan kimsə özünə zülm etmiş olar. Sən bilmirsən, ola bil­sin ki, Allah bundan sonra başqa bir hökm versin.
65:2Cüz 28 · s. 558

فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ فَارِقُوهُنَّ بِمَعْرُوفٍ وَأَشْهِدُوا ذَوَيْ عَدْلٍ مِنْكُمْ وَأَقِيمُوا الشَّهَادَةَ لِلَّهِ ۚ ذَٰلِكُمْ يُوعَظُ بِهِ مَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۚ وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا2

2. Gözləmə vaxtı bitdikdə on­ları şə­riətə müvafiq olaraq sax­layın və yaxud onlardan mü­vafiq qay­dada ayrılın. Ara­nız­dan iki əda­lət­li şahid çağı­rın və Allah üçün şahidlik edin. Allaha və Axirət gü­nünə iman gətirənlərə verilən nəsihət bu­dur. Allahdan qor­xa­na, Allah çıxış yolu göstərər
65:3Cüz 28 · s. 558

وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ ۚ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ ۚ إِنَّ اللَّهَ بَالِغُ أَمْرِهِ ۚ قَدْ جَعَلَ اللَّهُ لِكُلِّ شَيْءٍ قَدْرًا3

3. və ona təsəvvürünə gətir­mədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini ye­rinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuş­dur.
65:4Cüz 28 · s. 558

وَاللَّائِي يَئِسْنَ مِنَ الْمَحِيضِ مِنْ نِسَائِكُمْ إِنِ ارْتَبْتُمْ فَعِدَّتُهُنَّ ثَلَاثَةُ أَشْهُرٍ وَاللَّائِي لَمْ يَحِضْنَ ۚ وَأُولَاتُ الْأَحْمَالِ أَجَلُهُنَّ أَنْ يَضَعْنَ حَمْلَهُنَّ ۚ وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مِنْ أَمْرِهِ يُسْرًا4

4. Heyzdən kəsilmiş yaşlı qadınla­rı­nızın iddəsi barəsində şüb­hə­niz varsa, onların, eləcə də hələ heyz görməmiş qızla­rın gözləmə müd­dəti üç aydır. Ha­milə qadınların gözləmə müd­dəti isə onlar ha­miləlikdən azad olana qədər­dir. Kim Allah­dan qorxarsa, Allah onun işini asan­laşdırar.
65:5Cüz 28 · s. 558

ذَٰلِكَ أَمْرُ اللَّهِ أَنْزَلَهُ إِلَيْكُمْ ۚ وَمَنْ يَتَّقِ اللَّهَ يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُعْظِمْ لَهُ أَجْرًا5

5. Bu, Allahın sizə nazil et­di­yi əmri­dir. Kim Allahdan qor­xarsa, Allah onun günahla­rın­dan keçər və onun mükafa­tını artı­rar.
65:6Cüz 28 · s. 559

أَسْكِنُوهُنَّ مِنْ حَيْثُ سَكَنْتُمْ مِنْ وُجْدِكُمْ وَلَا تُضَارُّوهُنَّ لِتُضَيِّقُوا عَلَيْهِنَّ ۚ وَإِنْ كُنَّ أُولَاتِ حَمْلٍ فَأَنْفِقُوا عَلَيْهِنَّ حَتَّىٰ يَضَعْنَ حَمْلَهُنَّ ۚ فَإِنْ أَرْضَعْنَ لَكُمْ فَآتُوهُنَّ أُجُورَهُنَّ ۖ وَأْتَمِرُوا بَيْنَكُمْ بِمَعْرُوفٍ ۖ وَإِنْ تَعَاسَرْتُمْ فَسَتُرْضِعُ لَهُ أُخْرَىٰ6

6. Onlara gözləmə müddət­ləri başa ça­tanadək imkanınız daxi­lində öz yaşadı­ğınız yerdə qal­mağa yer verin. Sıxışdır­maq məqsədilə on­la­ra zərər yetir­mə­yin. Əgər onlar hamilədir­lərsə, ha­milə­likdən azad ola­na qədər onlara malı­nızdan xərc­lə­yin. Sizin üçün uşaq əmiz­­di­rir­lərsə, onların haq­qını verin. Öz ara­nızda xoşluqla ra­zı­lı­ğa gə­lin. Bir-biri­nizi çətinliyə sal­sa­nız, uşağı əmiz­dir­məyi başqa bir qa­dı­na həvalə edin.
65:7Cüz 28 · s. 559

لِيُنْفِقْ ذُو سَعَةٍ مِنْ سَعَتِهِ ۖ وَمَنْ قُدِرَ عَلَيْهِ رِزْقُهُ فَلْيُنْفِقْ مِمَّا آتَاهُ اللَّهُ ۚ لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا مَا آتَاهَا ۚ سَيَجْعَلُ اللَّهُ بَعْدَ عُسْرٍ يُسْرًا7

7. Var-dövlət sahibi öz va­rına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyin­dən xərcləsin. Allah heç kəsin üzərinə Özü­nün ona verdiyi ne­mətdən artıq yük qoymaz. Allah hər bir çə­tin­lik­dən sonra asanlıq verir.
65:8Cüz 28 · s. 559

وَكَأَيِّنْ مِنْ قَرْيَةٍ عَتَتْ عَنْ أَمْرِ رَبِّهَا وَرُسُلِهِ فَحَاسَبْنَاهَا حِسَابًا شَدِيدًا وَعَذَّبْنَاهَا عَذَابًا نُكْرًا8

8. Neçə-neçə məmləkətlər öz Rəbbi­nin və Onun elçilə­rinin əm­ri­nə asi oldu. Biz də onlarla sərt haqq-hesab çəkib on­ları dəhşətli əzab­lara düçar etdik.
65:9Cüz 28 · s. 559

فَذَاقَتْ وَبَالَ أَمْرِهَا وَكَانَ عَاقِبَةُ أَمْرِهَا خُسْرًا9

9. Onlar əməllərinin cəzası­nı daddı­lar və aqibətləri ziya­na uğ­ra­maq oldu.
65:10Cüz 28 · s. 559

أَعَدَّ اللَّهُ لَهُمْ عَذَابًا شَدِيدًا ۖ فَاتَّقُوا اللَّهَ يَا أُولِي الْأَلْبَابِ الَّذِينَ آمَنُوا ۚ قَدْ أَنْزَلَ اللَّهُ إِلَيْكُمْ ذِكْرًا10

10. Allah onlar üçün şiddət­li əzab hazırladı. Ey iman gə­tir­miş ağıl sahib­ləri, Allahdan qorxun! Allah sizə Zikr nazil etmiş
65:11Cüz 28 · s. 559

رَسُولًا يَتْلُو عَلَيْكُمْ آيَاتِ اللَّهِ مُبَيِّنَاتٍ لِيُخْرِجَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ ۚ وَمَنْ يُؤْمِنْ بِاللَّهِ وَيَعْمَلْ صَالِحًا يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ قَدْ أَحْسَنَ اللَّهُ لَهُ رِزْقًا11

11. və iman gətirib yaxşı iş­lər görən­ləri zülmətlərdən nu­ra çı­xart­maq üçün Allahın ay­dın ayələrini sizə oxuyan bir el­çi gön­dər­miş­dir. Hər kəs Allaha iman gətirib saleh əməl işləsə, Allah onu için­də əbədi qala­ca­ğı, ağacla­rı altından çay­lar axan cən­nətlərə da­xil edər. Allah ona gözəl ruzi nə­sib et­mişdir.
65:12Cüz 28 · s. 559

اللَّهُ الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ وَمِنَ الْأَرْضِ مِثْلَهُنَّ يَتَنَزَّلُ الْأَمْرُ بَيْنَهُنَّ لِتَعْلَمُوا أَنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ وَأَنَّ اللَّهَ قَدْ أَحَاطَ بِكُلِّ شَيْءٍ عِلْمًا12

12. Yeddi göyü və yerdən də bir o qə­dərini yaradan Allah­dır. Vəhy onla­rın arasında ona görə nazil olur ki, Allahın hər şeyə qa­dir olduğunu və Alla­hın hər şeyi elmi ilə əhatə et­di­yini biləsiniz.

Surənin əvvəlindən oxut