Surə 65 · Cüz 28

At-Talaq · 65:11

رَسُولًا يَتْلُو عَلَيْكُمْ آيَاتِ اللَّهِ مُبَيِّنَاتٍ لِيُخْرِجَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ ۚ وَمَنْ يُؤْمِنْ بِاللَّهِ وَيَعْمَلْ صَالِحًا يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ قَدْ أَحْسَنَ اللَّهُ لَهُ رِزْقًا

11. və iman gətirib yaxşı iş­lər görən­ləri zülmətlərdən nu­ra çı­xart­maq üçün Allahın ay­dın ayələrini sizə oxuyan bir el­çi gön­dər­miş­dir. Hər kəs Allaha iman gətirib saleh əməl işləsə, Allah onu için­də əbədi qala­ca­ğı, ağacla­rı altından çay­lar axan cən­nətlərə da­xil edər. Allah ona gözəl ruzi nə­sib et­mişdir.

Təfsir

Bu zikr, Allaha iman gətirən, Onun rəsulunun dediklərini təsdiqləyən və saleh əməllər edən kimsələri zəlalət zülmətlərindən hidayət nuruna çıxartmaq üçün Allahın aydın ayələrini sizə oxuyan Allah rəsuludur. Hər kəs Allaha iman gətirib saleh əməl etsə, Allah onu qəsrləi və ağacları altından çaylar axan, içində əbədi qalacağı cənnətlərə daxil edər. Allah onu tükənməz nemətlər dolu Cənnətə daxil etməklə ona gözəl ruzi nəsib etmişdir.

Oxuyucuda aç - Surəni tam oxu