Surə 65 · Cüz 28
At-Talaq · 65:10
أَعَدَّ اللَّهُ لَهُمْ عَذَابًا شَدِيدًا ۖ فَاتَّقُوا اللَّهَ يَا أُولِي الْأَلْبَابِ الَّذِينَ آمَنُوا ۚ قَدْ أَنْزَلَ اللَّهُ إِلَيْكُمْ ذِكْرًا
10. Allah onlar üçün şiddətli əzab hazırladı. Ey iman gətirmiş ağıl sahibləri, Allahdan qorxun! Allah sizə Zikr nazil etmiş
Təfsir
Allah onlar üçün şiddətli əzab hazırlamışdır. Ey Allahın əmrlərini yerinə yetirib Onun qadağan etdiyi işlərdən çəkinməklə Allaha və Onun rəsuluna iman gətirmiş ağıl sahibləri, Allahdan qorxun ki, onların başlarına gələnlər, sizin də başınıza gəlməsin! Allah sizə elə bir zikr nazil etmişdir ki, bu sizə Ona asi olmağın pis aqibətini, habelə, Ona itaət etməyin gözəl nəticəsini xatırladır.