Surə 65 · Cüz 28

At-Talaq · 65:12

اللَّهُ الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ وَمِنَ الْأَرْضِ مِثْلَهُنَّ يَتَنَزَّلُ الْأَمْرُ بَيْنَهُنَّ لِتَعْلَمُوا أَنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ وَأَنَّ اللَّهَ قَدْ أَحَاطَ بِكُلِّ شَيْءٍ عِلْمًا

12. Yeddi göyü və yerdən də bir o qə­dərini yaradan Allah­dır. Vəhy onla­rın arasında ona görə nazil olur ki, Allahın hər şeyə qa­dir olduğunu və Alla­hın hər şeyi elmi ilə əhatə et­di­yini biləsiniz.

Təfsir

Yeddi qat göyü və bu göylərin sayı qədər - yeddi qat yeri də yaradan Allahdır. Allahın kainata və şəriətə aid olan hökmləri onların arasında ona görə nazil olur ki, beləliklə, Allahın hər şeyə qadir olduğunu, heç kəsin Ona aciz edə bilmədiyini, həmçinin, Uca Allahın hər şeyi elmi ilə əhatə etdiyini, göylərdə və yerdə heç bir şeyin Ondan gizli qalmadığını biləsiniz.

Oxuyucuda aç - Surəni tam oxu