Surə 65 · Cüz 28
At-Talaq · 65:1
يَا أَيُّهَا النَّبِيُّ إِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ وَأَحْصُوا الْعِدَّةَ ۖ وَاتَّقُوا اللَّهَ رَبَّكُمْ ۖ لَا تُخْرِجُوهُنَّ مِنْ بُيُوتِهِنَّ وَلَا يَخْرُجْنَ إِلَّا أَنْ يَأْتِينَ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ ۚ وَتِلْكَ حُدُودُ اللَّهِ ۚ وَمَنْ يَتَعَدَّ حُدُودَ اللَّهِ فَقَدْ ظَلَمَ نَفْسَهُ ۚ لَا تَدْرِي لَعَلَّ اللَّهَ يُحْدِثُ بَعْدَ ذَٰلِكَ أَمْرًا
1. Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə müddətlərində boşayın, gözləmə müddətini hesablayın və Rəbbiniz olan Allahdan qorxun. Onları, açıq-aşkar zinakarlıq etmələri istisna olmaqla, öz evlərinizdən qovub çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın qoyduğu hüdudlardır. Allahın qoyduğu hüdudları aşan kimsə özünə zülm etmiş olar. Sən bilmirsən, ola bilsin ki, Allah bundan sonra başqa bir hökm versin.
Təfsir
Ey Peyğəmbər! Əgər sən və ya sənin ümmətindən bir kimsə öz qadınını boşamaq istəsə, qoy onu gözləmə müddətinin əvvəlində boşasın, yəni qadın heyzdən təmizləndikdən sonra ona yaxınlıq etmədiyi halda talaq versin. Gözləmə müddətini hesablayın ki, zövcələrinizi qaytarmaq istədiyiniz təqdirdə onları qaytara biləsiniz. Allahın buyuruqlarını yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Rəbbiniz olan Allahdan qorxun. Boşadığınız qadınların gözləmə müddəti bitməyincə -açıq-aşkar zinakarlıq etmələri müstəsna olmaqla- onları yaşadıqları evlərindən qovub çıxartmayın və onlar özləri də oradan çıxmasınlar. Bu hökmlər Allahın Öz qulları üçün qoyduğu hüdudlardır. Allahın qoyduğu hüdudları aşan kimsə, Rəbbinə asilik edib özünü həlaka sürükləməklə özünə zülm etmiş sayılar. Ey zövcəsini boşayan kəs! Sən nə bilirsən, ola bilsin ki, Allah bundan sonra sənin qəlbinə istək salsın və bununla da zövcəni geri qaytarasan.