Surə 65 · Cüz 28
At-Talaq · 65:2
فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ فَارِقُوهُنَّ بِمَعْرُوفٍ وَأَشْهِدُوا ذَوَيْ عَدْلٍ مِنْكُمْ وَأَقِيمُوا الشَّهَادَةَ لِلَّهِ ۚ ذَٰلِكُمْ يُوعَظُ بِهِ مَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۚ وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا
2. Gözləmə vaxtı bitdikdə onları şəriətə müvafiq olaraq saxlayın və yaxud onlardan müvafiq qaydada ayrılın. Aranızdan iki ədalətli şahid çağırın və Allah üçün şahidlik edin. Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, Allah çıxış yolu göstərər
Təfsir
Qadınların gözləmə vaxtının bitməsi yaxınlaşdıqda onları rəğbətlə və gözəl rəftar etməklə yanınızda saxlayın, yaxud gözləmə müddətləri başa çatdıqdan sonra onlardan müvafiq qaydada ayrılın və onların haqlarını ödəyin ki, özləri öz başlarına çarə qılsınlar. Əgər onları yanınzda saxlamaq yaxud onlardan ayrılmaq istəsəniz, araya mübahisə düşməsin deyə, aranızdan iki ədalətli şahid çağırın. Ey şahidlər! Allahın üzü xatirinə şahidlik edin. Zikr edilən bu hökmlər Allaha və qiyamət gününə iman gətirən kimsə üçün bir xatırlatmadır. Çünki məhz beləsi xatırlatmadan və nəsihətdən faydalanar. Kim Allahın buyuruqlarını yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Allahdan qorxarsa, Allah ona hər sıxıntıdan və çıtinlikdən bir çıxış yolu nəsib edər.