Surə 65 · Cüz 28

At-Talaq · 65:3

وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ ۚ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ ۚ إِنَّ اللَّهَ بَالِغُ أَمْرِهِ ۚ قَدْ جَعَلَ اللَّهُ لِكُلِّ شَيْءٍ قَدْرًا

3. və ona təsəvvürünə gətir­mədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini ye­rinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuş­dur.

Təfsir

Üstəlik, ona ağlına gəlmədiyi və hesaba almadığı bir yerdən ruzi bəxş edər. Kim öz işlərində Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. O, heç bir işi görməyə aciz deyil və heç kəs də qaçıb canını Ondan qurtara bilməz. Allah hər şey üçün bir ölçü qoymuşdur ki, o, bu qədərdən o yana keçə bilməz. Sıxıntının öz qədəri, xoş gün-güzəranın da öz qədəri var və insan bunlardan heç birini davamlı olaraq yaşaya bilməz.

Oxuyucuda aç - Surəni tam oxu