Surə 65 · Cüz 28
At-Talaq · 65:4
وَاللَّائِي يَئِسْنَ مِنَ الْمَحِيضِ مِنْ نِسَائِكُمْ إِنِ ارْتَبْتُمْ فَعِدَّتُهُنَّ ثَلَاثَةُ أَشْهُرٍ وَاللَّائِي لَمْ يَحِضْنَ ۚ وَأُولَاتُ الْأَحْمَالِ أَجَلُهُنَّ أَنْ يَضَعْنَ حَمْلَهُنَّ ۚ وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مِنْ أَمْرِهِ يُسْرًا
4. Heyzdən kəsilmiş yaşlı qadınlarınızın iddəsi barəsində şübhəniz varsa, onların, eləcə də hələ heyz görməmiş qızların gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahdan qorxarsa, Allah onun işini asanlaşdırar.
Təfsir
Heyzdən kəsilmiş yaşlı qadınlarınızı boşadıqda onların iddəsi barədə şəkk edirsinizsə, onların, gözləmə müddəti üç aydır. Həmçinin, yaşları az olduğuna görə hələ heyz görməmiş qızların gözləmə müddəti də üç aydır. Boşanmış və ya ərləri ölmüş hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahın buyuruqlarını yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Allahdan qorxarsa, Allah onun işlərini və hər bir çətinliyini asanlaşdırar.