Surə 65 · Cüz 28

At-Talaq · 65:5

ذَٰلِكَ أَمْرُ اللَّهِ أَنْزَلَهُ إِلَيْكُمْ ۚ وَمَنْ يَتَّقِ اللَّهَ يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُعْظِمْ لَهُ أَجْرًا

5. Bu, Allahın sizə nazil et­di­yi əmri­dir. Kim Allahdan qor­xarsa, Allah onun günahla­rın­dan keçər və onun mükafa­tını artı­rar.

Təfsir

Ey möminlər! Talaq, boşanmış qadını geri qaytarmaq və bir də onun gözləmə müddəti barədə zikr edilən bu hökmlər, Allahın sizə nazil etdiyi hökmüdür ki, siz onu biləsiniz. Kim Allahın buyuruqlarını yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Allahdan qorxarsa, Allah onun qazandığı günahlarını silər və axirətdə ona böyük mükafat verər. Bu da Cənnətə daxil olmaq və tükənməz nemətlərə nail olmaqdır.

Oxuyucuda aç - Surəni tam oxu