Surə 65 · Cüz 28

At-Talaq · 65:6

أَسْكِنُوهُنَّ مِنْ حَيْثُ سَكَنْتُمْ مِنْ وُجْدِكُمْ وَلَا تُضَارُّوهُنَّ لِتُضَيِّقُوا عَلَيْهِنَّ ۚ وَإِنْ كُنَّ أُولَاتِ حَمْلٍ فَأَنْفِقُوا عَلَيْهِنَّ حَتَّىٰ يَضَعْنَ حَمْلَهُنَّ ۚ فَإِنْ أَرْضَعْنَ لَكُمْ فَآتُوهُنَّ أُجُورَهُنَّ ۖ وَأْتَمِرُوا بَيْنَكُمْ بِمَعْرُوفٍ ۖ وَإِنْ تَعَاسَرْتُمْ فَسَتُرْضِعُ لَهُ أُخْرَىٰ

6. Onlara gözləmə müddət­ləri başa ça­tanadək imkanınız daxi­lində öz yaşadı­ğınız yerdə qal­mağa yer verin. Sıxışdır­maq məqsədilə on­la­ra zərər yetir­mə­yin. Əgər onlar hamilədir­lərsə, ha­milə­likdən azad ola­na qədər onlara malı­nızdan xərc­lə­yin. Sizin üçün uşaq əmiz­­di­rir­lərsə, onların haq­qını verin. Öz ara­nızda xoşluqla ra­zı­lı­ğa gə­lin. Bir-biri­nizi çətinliyə sal­sa­nız, uşağı əmiz­dir­məyi başqa bir qa­dı­na həvalə edin.

Təfsir

Ey kişilər! Qadınlara gözləmə müddətləri başa çatanadək imkanınız daxilində öz yaşadığınız yerdə qalmağa yer verin. Allah sizi başqa bir şeylə mükəlləf etməz. Sıxışdırmaq məqsədilə onların xərclərini kəsməklə, onları yaşadıqları yerdən çıxarmaqla və ya başqa cür əziyyət verməklə onlara zərər yetirməyin. Əgər boşanmış qadınlar hamilədirlərsə, hamiləlikdən azad olana qədər malınızdan onlara xərcləyin. Əgər sizin uşaqlarınızı əmizdirsələr, onların əmizdirmə haqqını verin və bu haqqı gözəl tərzdə ödəyin. Və əgər ər öz həyat yoldaşının ondan tələb etdiyi haqqı verməyə xəsislik edərsə, qadında bu xüsusda tamahkarlıq edib yalnız öz istədiyini tələb edərsə, qoy kişi öz uşağını əmizdirmək üçün başqa qadın tapsın.

Oxuyucuda aç - Surəni tam oxu