Surə 65 · Cüz 28
At-Talaq · 65:8
وَكَأَيِّنْ مِنْ قَرْيَةٍ عَتَتْ عَنْ أَمْرِ رَبِّهَا وَرُسُلِهِ فَحَاسَبْنَاهَا حِسَابًا شَدِيدًا وَعَذَّبْنَاهَا عَذَابًا نُكْرًا
8. Neçə-neçə məmləkətlər öz Rəbbinin və Onun elçilərinin əmrinə asi oldu. Biz də onlarla sərt haqq-hesab çəkib onları dəhşətli əzablara düçar etdik.
Təfsir
Neçə-neçə məmləkətlər pak və müqəddəs Rəbbinin, habelə, Onun elçilərinin (aleyhimussəlam) əmrinə asi oldu. Biz də, onlarla etdikləri pis əmllərinə görə şiddətli haqq-hesab çəkdik və onları həm bu dünyada, həm də axirətdə dəhşətli əzaba düçar etdik.