وَالصَّافَّاتِ صَفًّا1
1. And olsun göylərdə və yerdə səf-səf duranlara,
فَالزَّاجِرَاتِ زَجْرًا2
2. imansızları qətiyyətlə qovanlara
فَالتَّالِيَاتِ ذِكْرًا3
3. və Zikri oxuyanlara!
إِنَّ إِلَٰهَكُمْ لَوَاحِدٌ4
4. Həqiqətən, sizin məbudunuz Təkdir!
رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ الْمَشَارِقِ5
5. O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir.
إِنَّا زَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِزِينَةٍ الْكَوَاكِبِ6
6. Biz dünya səmasını parlaq ulduzlarla bəzədik
وَحِفْظًا مِنْ كُلِّ شَيْطَانٍ مَارِدٍ7
7. və onu hər bir asi şeytandan mühafizə etdik.
لَا يَسَّمَّعُونَ إِلَى الْمَلَإِ الْأَعْلَىٰ وَيُقْذَفُونَ مِنْ كُلِّ جَانِبٍ8
8. Onlar artıq ali topluma – mələklərin söhbətlərinə qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə yandırıb yaxan alovlar yağdırılar
دُحُورًا ۖ وَلَهُمْ عَذَابٌ وَاصِبٌ9
9. və oradan qovularlar. Onları uzun sürəcək bir əzab gözləyir.
إِلَّا مَنْ خَطِفَ الْخَطْفَةَ فَأَتْبَعَهُ شِهَابٌ ثَاقِبٌ10
10. Lakin şeytanlardan hər kim o söhbətlərdən bir söz qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər.
فَاسْتَفْتِهِمْ أَهُمْ أَشَدُّ خَلْقًا أَمْ مَنْ خَلَقْنَا ۚ إِنَّا خَلَقْنَاهُمْ مِنْ طِينٍ لَازِبٍ11
11. Kafirlərdən soruş ki, onları yaratmaq çətindir, yoxsa Bizim başqa yaratdıqlarımızı? Biz ki onları yapışqan kimi palçıqdan yaratdıq.
بَلْ عَجِبْتَ وَيَسْخَرُونَ12
12. Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar.
وَإِذَا ذُكِّرُوا لَا يَذْكُرُونَ13
13. Onlara xatırlatdıqda düşünüb ibrət almırlar.
وَإِذَا رَأَوْا آيَةً يَسْتَسْخِرُونَ14
14. Bir möcüzə gördükdə isə ona istehza edir
وَقَالُوا إِنْ هَٰذَا إِلَّا سِحْرٌ مُبِينٌ15
15. və deyirlər: “Bu ancaq açıq-aydın bir sehrdir.
أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ16
16. Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi?
أَوَآبَاؤُنَا الْأَوَّلُونَ17
17. Ya da atalarımızmı dirildiləcəklər?”
قُلْ نَعَمْ وَأَنْتُمْ دَاخِرُونَ18
18. De: “Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda dirildiləcəksiniz”.
فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ فَإِذَا هُمْ يَنْظُرُونَ19
19. Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən dirilib görməyə başlayacaqlar.
وَقَالُوا يَا وَيْلَنَا هَٰذَا يَوْمُ الدِّينِ20
20. Günahkarlar deyəcəklər: “Vay halımıza! Bu ki, Haqq-hesab günüdür!”
هَٰذَا يَوْمُ الْفَصْلِ الَّذِي كُنْتُمْ بِهِ تُكَذِّبُونَ21
21. Onlara deyiləcək: “Bu, yalan saydığınız fərqləndirmə günüdür!”
۞ احْشُرُوا الَّذِينَ ظَلَمُوا وَأَزْوَاجَهُمْ وَمَا كَانُوا يَعْبُدُونَ22
22. Mələklərə belə əmr olunacaq: “Toplayın bir yerə zalımları, onların yoldaşlarını və ibadət etdiklərini –
مِنْ دُونِ اللَّهِ فَاهْدُوهُمْ إِلَىٰ صِرَاطِ الْجَحِيمِ23
23. Allahdan başqa. Onları Cəhənnəm yoluna yönəldin.
وَقِفُوهُمْ ۖ إِنَّهُمْ مَسْئُولُونَ24
24. Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar”.
مَا لَكُمْ لَا تَنَاصَرُونَ25
25. Günahkarlara deyiləcək: “Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?”
بَلْ هُمُ الْيَوْمَ مُسْتَسْلِمُونَ26
26. Bəli, onlar bu gün baş əyəcəklər!
وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَاءَلُونَ27
27. Onlar bir-birinə üz tutub soruşacaqlar.
قَالُوا إِنَّكُمْ كُنْتُمْ تَأْتُونَنَا عَنِ الْيَمِينِ28
28. Tabe olanlar deyəcəklər: “Siz bizim yanımıza sağ tərəfdən gəlirdiniz”.
قَالُوا بَلْ لَمْ تَكُونُوا مُؤْمِنِينَ29
29. Başçılar deyəcəklər: “Xeyr! Siz inanan adamlar deyildiniz.
وَمَا كَانَ لَنَا عَلَيْكُمْ مِنْ سُلْطَانٍ ۖ بَلْ كُنْتُمْ قَوْمًا طَاغِينَ30
30. Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aşmış adamlar idiniz.
فَحَقَّ عَلَيْنَا قَوْلُ رَبِّنَا ۖ إِنَّا لَذَائِقُونَ31
31. Rəbbimizin Sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz əzabı hökmən dadacağıq.
فَأَغْوَيْنَاكُمْ إِنَّا كُنَّا غَاوِينَ32
32. Biz sizi azdırdıq. Çünki biz özümüz də azmış adamlar idik”.
فَإِنَّهُمْ يَوْمَئِذٍ فِي الْعَذَابِ مُشْتَرِكُونَ33
33. Şübhəsiz ki, həmin gün onlar əzaba şərik olacaqlar.
إِنَّا كَذَٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ34
34. Həqiqətən, Biz günahkarlarla belə rəftar edəcəyik.
إِنَّهُمْ كَانُوا إِذَا قِيلَ لَهُمْ لَا إِلَٰهَ إِلَّا اللَّهُ يَسْتَكْبِرُونَ35
35. Çünki onlara: “Allahdan başqa ibadətə layiq olan məbud yoxdur!”– deyildikdə təkəbbür göstərir
وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُو آلِهَتِنَا لِشَاعِرٍ مَجْنُونٍ36
36. və deyirdilər: “Məgər bir məcnun şairə görə məbudlarımızı tərk edəcəyik?”
بَلْ جَاءَ بِالْحَقِّ وَصَدَّقَ الْمُرْسَلِينَ37
37. Xeyr! O, haqqı gətirdi və əvvəlki peyğəmbərləri təsdiqlədi.
إِنَّكُمْ لَذَائِقُو الْعَذَابِ الْأَلِيمِ38
38. Siz mütləq ağrılı-acılı əzabı dadacaqsınız.
وَمَا تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ39
39. Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız.
إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ40
40. Lakin Allahın seçilmiş ixlaslı qulları müstəsnadır.
أُولَٰئِكَ لَهُمْ رِزْقٌ مَعْلُومٌ41
41. Məhz onlar üçün müəyyən bir ruzi vardır –
فَوَاكِهُ ۖ وَهُمْ مُكْرَمُونَ42
42. Cənnət meyvələri. Onlara ehtiram göstəriləcək –
فِي جَنَّاتِ النَّعِيمِ43
43. Nəim cənnətlərində.
عَلَىٰ سُرُرٍ مُتَقَابِلِينَ44
44. Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz oturacaqlar.
يُطَافُ عَلَيْهِمْ بِكَأْسٍ مِنْ مَعِينٍ45
45. Onlar üçün çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaq.
بَيْضَاءَ لَذَّةٍ لِلشَّارِبِينَ46
46. Özü də ağappaq, içənlərə ləzzət verən bir şərab.
لَا فِيهَا غَوْلٌ وَلَا هُمْ عَنْهَا يُنْزَفُونَ47
47. O şərab nə baş ağrısı verər, nə də ondan məst olarlar.
وَعِنْدَهُمْ قَاصِرَاتُ الطَّرْفِ عِينٌ48
48. Onların yanında baxışları öz ərlərinə dikilmiş iri qara gözlü hurilər olacaq.
كَأَنَّهُنَّ بَيْضٌ مَكْنُونٌ49
49. Özü də qorunub saxlanılmış yumurta kimi hurilər.
فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَاءَلُونَ50
50. Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar.
قَالَ قَائِلٌ مِنْهُمْ إِنِّي كَانَ لِي قَرِينٌ51
51. Onlardan biri deyəcək: “Mənim bir yoldaşım var idi.
يَقُولُ أَإِنَّكَ لَمِنَ الْمُصَدِّقِينَ52
52. O deyirdi: “Sən də inananlardansan?
أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَدِينُونَ53
53. Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?”
قَالَ هَلْ أَنْتُمْ مُطَّلِعُونَ54
54. O sözünə davam edib deyəcək: “Siz onun harada olduğunu görmək istəyirsinizmi?”
فَاطَّلَعَ فَرَآهُ فِي سَوَاءِ الْجَحِيمِ55
55. O boylanıb yoldaşını Cəhənnəmin ortasında görəcək
قَالَ تَاللَّهِ إِنْ كِدْتَ لَتُرْدِينِ56
56. və deyəcək: “Allaha and olsun ki, sən məni də məhv edəcəkdin.
وَلَوْلَا نِعْمَةُ رَبِّي لَكُنْتُ مِنَ الْمُحْضَرِينَ57
57. Əgər Rəbbimin lütfü olmasaydı, mən də Cəhənnəmə gətirilənlərdən olardım.
أَفَمَا نَحْنُ بِمَيِّتِينَ58
58. Doğrudanmı biz bir daha ölməyəcəyik –
إِلَّا مَوْتَتَنَا الْأُولَىٰ وَمَا نَحْنُ بِمُعَذَّبِينَ59
59. ilk ölümümüzdən başqa? Doğrudanmı biz heç vaxt əzaba düçar olmayacağıq?”
إِنَّ هَٰذَا لَهُوَ الْفَوْزُ الْعَظِيمُ60
60. Həqiqətən, bu, böyük uğurdur.
لِمِثْلِ هَٰذَا فَلْيَعْمَلِ الْعَامِلُونَ61
61. Qoy çalışanlar bunun üçün çalışsınlar!
أَذَٰلِكَ خَيْرٌ نُزُلًا أَمْ شَجَرَةُ الزَّقُّومِ62
62. Ziyafət üçün bu yaxşıdır, yoxsa zəqqum ağacı?
إِنَّا جَعَلْنَاهَا فِتْنَةً لِلظَّالِمِينَ63
63. Biz onu zalımlar üçün bir sınaq etdik.
إِنَّهَا شَجَرَةٌ تَخْرُجُ فِي أَصْلِ الْجَحِيمِ64
64. O, Cəhənnəmin lap dibindən bitib çıxan bir ağacdır.
طَلْعُهَا كَأَنَّهُ رُءُوسُ الشَّيَاطِينِ65
65. Onun meyvəsi şeytanların başları kimidir.
فَإِنَّهُمْ لَآكِلُونَ مِنْهَا فَمَالِئُونَ مِنْهَا الْبُطُونَ66
66. Günahkarlar ondan yeyib qarınlarını dolduracaqlar.
ثُمَّ إِنَّ لَهُمْ عَلَيْهَا لَشَوْبًا مِنْ حَمِيمٍ67
67. Sonra da üstündən onları qaynar su ilə qatışdırılmış bir içki gözləyir.
ثُمَّ إِنَّ مَرْجِعَهُمْ لَإِلَى الْجَحِيمِ68
68. Sonra onlar mütləq Cəhənnəmə qaytarılacaqlar.
إِنَّهُمْ أَلْفَوْا آبَاءَهُمْ ضَالِّينَ69
69. Həqiqətən, onlar ata-babalarını azmış gördülər,
فَهُمْ عَلَىٰ آثَارِهِمْ يُهْرَعُونَ70
70. özləri də tez-tələsik onların izini tutub getdilər.
وَلَقَدْ ضَلَّ قَبْلَهُمْ أَكْثَرُ الْأَوَّلِينَ71
71. Həqiqətən, onlardan öncə əvvəlki nəsillərin çoxu zəlalətə düşmüşdü.
وَلَقَدْ أَرْسَلْنَا فِيهِمْ مُنْذِرِينَ72
72. Artıq Biz onlara xəbərdar edən peyğəmbərlər göndərmişdik.
فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُنْذَرِينَ73
73. Bax gör xəbərdar edilənlərin aqibəti necə oldu.
إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ74
74. Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.
وَلَقَدْ نَادَانَا نُوحٌ فَلَنِعْمَ الْمُجِيبُونَ75
75. Nuh Bizə yalvarıb yaxardı. Biz çağırışa necə də gözəl cavab verənik!
وَنَجَّيْنَاهُ وَأَهْلَهُ مِنَ الْكَرْبِ الْعَظِيمِ76
76. Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq.
وَجَعَلْنَا ذُرِّيَّتَهُ هُمُ الْبَاقِينَ77
77. Təkcə onun nəslini qoruyub saxladıq.
وَتَرَكْنَا عَلَيْهِ فِي الْآخِرِينَ78
78. Sonra gələnlər arasında onun üçün gözəl xatirə qoyduq;
سَلَامٌ عَلَىٰ نُوحٍ فِي الْعَالَمِينَ79
79. aləmlər içərisində Nuha salam olsun!
إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ80
80. Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
إِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ81
81. Həqiqətən, o Bizim mömin qullarımızdandır.
ثُمَّ أَغْرَقْنَا الْآخَرِينَ82
82. Sonra o birilərini suya qərq etdik.
۞ وَإِنَّ مِنْ شِيعَتِهِ لَإِبْرَاهِيمَ83
83. Həqiqətən, İbrahim onun ardıcıllarından idi.
إِذْ جَاءَ رَبَّهُ بِقَلْبٍ سَلِيمٍ84
84. Bir zaman o, öz Rəbbinin yanına pak bir qəlblə gəldi.
إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَاذَا تَعْبُدُونَ85
85. Onda o, öz atasına və qövmünə dedi: “Siz nəyə sitayiş edirsiniz?
أَئِفْكًا آلِهَةً دُونَ اللَّهِ تُرِيدُونَ86
86. Allahı qoyub uydurma məbudlarımı diləyirsiniz?
فَمَا ظَنُّكُمْ بِرَبِّ الْعَالَمِينَ87
87. Aləmlərin Rəbbi barəsində nə düşünürsünüz?”
فَنَظَرَ نَظْرَةً فِي النُّجُومِ88
88. O, ulduzlara bir nəzər salaraq
فَقَالَ إِنِّي سَقِيمٌ89
89. “Mən xəstəyəm!”– dedi.
فَتَوَلَّوْا عَنْهُ مُدْبِرِينَ90
90. Onlar ondan üz çevirib çıxıb getdilər.
فَرَاغَ إِلَىٰ آلِهَتِهِمْ فَقَالَ أَلَا تَأْكُلُونَ91
91. O, xəlvətcə onların məbudlarının yanına gəlib istehza ilə dedi: “Siz bu təamları yemirsiniz?
مَا لَكُمْ لَا تَنْطِقُونَ92
92. Sizə nə olub ki, danışmırsınız?”
فَرَاغَ عَلَيْهِمْ ضَرْبًا بِالْيَمِينِ93
93. Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi.
فَأَقْبَلُوا إِلَيْهِ يَزِفُّونَ94
94. Bütpərəstlər tələsik onun yanına gəldilər.
قَالَ أَتَعْبُدُونَ مَا تَنْحِتُونَ95
95. O dedi: “Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz?
وَاللَّهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُونَ96
96. Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”.
قَالُوا ابْنُوا لَهُ بُنْيَانًا فَأَلْقُوهُ فِي الْجَحِيمِ97
97. Onlar dedilər: “Bundan ötrü bir bina tikin və onu orada odlayın!”
فَأَرَادُوا بِهِ كَيْدًا فَجَعَلْنَاهُمُ الْأَسْفَلِينَ98
98. Onlar İbrahimə hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik.
وَقَالَ إِنِّي ذَاهِبٌ إِلَىٰ رَبِّي سَيَهْدِينِ99
99. O dedi: “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcək”.
رَبِّ هَبْ لِي مِنَ الصَّالِحِينَ100
100. O dedi: “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan övlad bəxş et!”
فَبَشَّرْنَاهُ بِغُلَامٍ حَلِيمٍ101
101. Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik.
فَلَمَّا بَلَغَ مَعَهُ السَّعْيَ قَالَ يَا بُنَيَّ إِنِّي أَرَىٰ فِي الْمَنَامِ أَنِّي أَذْبَحُكَ فَانْظُرْ مَاذَا تَرَىٰ ۚ قَالَ يَا أَبَتِ افْعَلْ مَا تُؤْمَرُ ۖ سَتَجِدُنِي إِنْ شَاءَ اللَّهُ مِنَ الصَّابِرِينَ102
102. O, böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda İbrahim dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbirlilərdən olduğumu görəcəksən”.
فَلَمَّا أَسْلَمَا وَتَلَّهُ لِلْجَبِينِ103
103. Hər ikisi Allahın əmrinə tabe olduqları və İbrahim onu üzüstə yerə yıxdığı zaman
وَنَادَيْنَاهُ أَنْ يَا إِبْرَاهِيمُ104
104. Biz onu çağırıb dedik: “Ey İbrahim!
قَدْ صَدَّقْتَ الرُّؤْيَا ۚ إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ105
105. Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
إِنَّ هَٰذَا لَهُوَ الْبَلَاءُ الْمُبِينُ106
106. Həqiqətən də, bu, açıq-aydın bir imtahandır.
وَفَدَيْنَاهُ بِذِبْحٍ عَظِيمٍ107
107. Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik.
وَتَرَكْنَا عَلَيْهِ فِي الْآخِرِينَ108
108. Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq.
سَلَامٌ عَلَىٰ إِبْرَاهِيمَ109
109. İbrahimə salam olsun!
كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ110
110. Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
إِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ111
111. Həqiqətən, o, Bizim mömin qullarımızdandır.
وَبَشَّرْنَاهُ بِإِسْحَاقَ نَبِيًّا مِنَ الصَّالِحِينَ112
112. Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik.
وَبَارَكْنَا عَلَيْهِ وَعَلَىٰ إِسْحَاقَ ۚ وَمِنْ ذُرِّيَّتِهِمَا مُحْسِنٌ وَظَالِمٌ لِنَفْسِهِ مُبِينٌ113
113. Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də.
وَلَقَدْ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَارُونَ114
114. Biz Musa ilə Haruna da nemət bəxş etdik.
وَنَجَّيْنَاهُمَا وَقَوْمَهُمَا مِنَ الْكَرْبِ الْعَظِيمِ115
115. Onların hər ikisini və tayfalarını böyük sıxıntıdan qurtardıq.
وَنَصَرْنَاهُمْ فَكَانُوا هُمُ الْغَالِبِينَ116
116. Onlara kömək göstərdik və onlar qalib gəldilər.
وَآتَيْنَاهُمَا الْكِتَابَ الْمُسْتَبِينَ117
117. Hər ikisinə aydın bir Kitab verdik.
وَهَدَيْنَاهُمَا الصِّرَاطَ الْمُسْتَقِيمَ118
118. Hər ikisini də doğru yola yönəltdik.
وَتَرَكْنَا عَلَيْهِمَا فِي الْآخِرِينَ119
119. Sonradan gələnlər arasında hər ikisinə gözəl xatirə qoyduq.
سَلَامٌ عَلَىٰ مُوسَىٰ وَهَارُونَ120
120. Musaya və Haruna salam olsun!
إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ121
121. Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
إِنَّهُمَا مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ122
122. Həqiqətən, onların ikisi də Bizim mömin qullarımızdandır.
وَإِنَّ إِلْيَاسَ لَمِنَ الْمُرْسَلِينَ123
123. Şübhəsiz ki, İlyas da elçilərdəndir.
إِذْ قَالَ لِقَوْمِهِ أَلَا تَتَّقُونَ124
124. Bir zaman o öz qövmünə demişdi: “Məgər qorxmursunuz?
أَتَدْعُونَ بَعْلًا وَتَذَرُونَ أَحْسَنَ الْخَالِقِينَ125
125. Siz yaradanların ən yaxşısını qoyub niyə Bələ yalvarırsınız –
اللَّهَ رَبَّكُمْ وَرَبَّ آبَائِكُمُ الْأَوَّلِينَ126
126. həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbi olan Allahımı tərk edirsiniz?”
فَكَذَّبُوهُ فَإِنَّهُمْ لَمُحْضَرُونَ127
127. Onlar onu yalançı saydılar. Ona görə də hamısı Cəhənnəmə gətiriləcəkdir.
إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ128
128. Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.
وَتَرَكْنَا عَلَيْهِ فِي الْآخِرِينَ129
129. Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq.
سَلَامٌ عَلَىٰ إِلْ يَاسِينَ130
130. İlyasinə salam olsun!
إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ131
131. Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
إِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ132
132. Həqiqətən, o Bizim mömin qullarımızdandır.
وَإِنَّ لُوطًا لَمِنَ الْمُرْسَلِينَ133
133. Şübhəsiz ki, Lut da elçilərdəndir.
إِذْ نَجَّيْنَاهُ وَأَهْلَهُ أَجْمَعِينَ134
134. Bir zaman Biz onu və bütün ailəsini xilas etdik.
إِلَّا عَجُوزًا فِي الْغَابِرِينَ135
135. Yalnız geridə qalanların içində olan yaşlı bir qadından başqa.
ثُمَّ دَمَّرْنَا الْآخَرِينَ136
136. Sonra da o birilərini yerli-dibli yox etdik.
وَإِنَّكُمْ لَتَمُرُّونَ عَلَيْهِمْ مُصْبِحِينَ137
137. Siz həm səhər çağı onların yanından keçirsiniz,
وَبِاللَّيْلِ ۗ أَفَلَا تَعْقِلُونَ138
138. həm də axşam çağı. Məgər anlamırsınız?
وَإِنَّ يُونُسَ لَمِنَ الْمُرْسَلِينَ139
139. Yunus da, həqiqətən, elçilərdəndir.
إِذْ أَبَقَ إِلَى الْفُلْكِ الْمَشْحُونِ140
140. Bir zaman o, yüklü bir gəmiyə tərəf qaçdı.
فَسَاهَمَ فَكَانَ مِنَ الْمُدْحَضِينَ141
141. Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan oldu.
فَالْتَقَمَهُ الْحُوتُ وَهُوَ مُلِيمٌ142
142. O, qınanmağa layiq olduqda balıq onu uddu.
فَلَوْلَا أَنَّهُ كَانَ مِنَ الْمُسَبِّحِينَ143
143. Əgər o, Allaha tərif deyənlərdən olmasaydı,
لَلَبِثَ فِي بَطْنِهِ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ144
144. balığın qarnında Qiyamət gününə qədər qalardı.
۞ فَنَبَذْنَاهُ بِالْعَرَاءِ وَهُوَ سَقِيمٌ145
145. O, halsız olduğu vəziyyətdə Biz onu sahilə çıxartdıq.
وَأَنْبَتْنَا عَلَيْهِ شَجَرَةً مِنْ يَقْطِينٍ146
146. Və üstünə kölgə salmaq üçün qabaq növündən iriyarpaqlı bir bitki bitirdik.
وَأَرْسَلْنَاهُ إِلَىٰ مِائَةِ أَلْفٍ أَوْ يَزِيدُونَ147
147. Biz onu yüz mindən də daha çox adama peyğəmbər göndərdik.
فَآمَنُوا فَمَتَّعْنَاهُمْ إِلَىٰ حِينٍ148
148. Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik.
فَاسْتَفْتِهِمْ أَلِرَبِّكَ الْبَنَاتُ وَلَهُمُ الْبَنُونَ149
149. Kafirlərdən soruş: “Nəyə görə qızlar sənin Rəbbinin, oğlanlar isə onların olmalıdır?”
أَمْ خَلَقْنَا الْمَلَائِكَةَ إِنَاثًا وَهُمْ شَاهِدُونَ150
150. Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da buna şahid olublar?
أَلَا إِنَّهُمْ مِنْ إِفْكِهِمْ لَيَقُولُونَ151
151. Həqiqətən, onlar yalan uydurub deyirlər:
وَلَدَ اللَّهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ152
152. “Allah doğmuşdur”. Şübhəsiz ki, onlar yalançıdırlar.
أَصْطَفَى الْبَنَاتِ عَلَى الْبَنِينَ153
153. Məgər Allah qızları oğlanlardan üstünmü tutmuşdur?
مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ154
154. Sizə nə olub, bu necə mühakimədir yürüdürsünüz?
أَفَلَا تَذَكَّرُونَ155
155. Məgər düşünüb ibrət almayacaqsınız?
أَمْ لَكُمْ سُلْطَانٌ مُبِينٌ156
156. Yoxsa sizin aydın bir dəliliniz vardır?
فَأْتُوا بِكِتَابِكُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ157
157. Əgər doğru deyirsinizsə, kitabınızı gətirin!
وَجَعَلُوا بَيْنَهُ وَبَيْنَ الْجِنَّةِ نَسَبًا ۚ وَلَقَدْ عَلِمَتِ الْجِنَّةُ إِنَّهُمْ لَمُحْضَرُونَ158
158. Onlar Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların Cəhənnəmə gətiriləcəyini bilirlər.
سُبْحَانَ اللَّهِ عَمَّا يَصِفُونَ159
159. Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır.
إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ160
160. Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.
فَإِنَّكُمْ وَمَا تَعْبُدُونَ161
161. Ey müşriklər! Nə siz, nə də sizin tapındıqlarınız
مَا أَنْتُمْ عَلَيْهِ بِفَاتِنِينَ162
162. heç kəsi Allaha qarşı yoldan çıxara bilməzsiniz.
إِلَّا مَنْ هُوَ صَالِ الْجَحِيمِ163
163. Ancaq Cəhənnəmə girəcək kimsədən başqa.
وَمَا مِنَّا إِلَّا لَهُ مَقَامٌ مَعْلُومٌ164
164. Mələklər dedi: “Bizlərdən hər kəsin müəyyən bir yeri vardır.
وَإِنَّا لَنَحْنُ الصَّافُّونَ165
165. Həqiqətən, biz səf-səf dururuq.
وَإِنَّا لَنَحْنُ الْمُسَبِّحُونَ166
166. Həqiqətən, biz Allahın şəninə təriflər deyirik”.
وَإِنْ كَانُوا لَيَقُولُونَ167
167. Müşriklər deyirdilər:
لَوْ أَنَّ عِنْدَنَا ذِكْرًا مِنَ الْأَوَّلِينَ168
168. “Əgər bizdə də əvvəlkilərdə olan zikrdən (o kitabdan) olsaydı,
لَكُنَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ169
169. biz mütləq Allahın seçilmiş səmimi qulları olardıq”.
فَكَفَرُوا بِهِ ۖ فَسَوْفَ يَعْلَمُونَ170
170. Lakin onlar onu inkar etdilər. Onlar tezliklə biləcəklər.
وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا الْمُرْسَلِينَ171
171. Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi:
إِنَّهُمْ لَهُمُ الْمَنْصُورُونَ172
172. “Həqiqətən, onlara kömək göstəriləcək.
وَإِنَّ جُنْدَنَا لَهُمُ الْغَالِبُونَ173
173. Bizim ordumuz mütləq qalib gələcək”.
فَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍ174
174. Sən bir müddət onlardan üz çevir!
وَأَبْصِرْهُمْ فَسَوْفَ يُبْصِرُونَ175
175. Onlara bax! Onlar tezliklə əzabı görəcəklər.
أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ176
176. Onlar əzabımızın tezliklə gəlməsinimi istəyirlər?
فَإِذَا نَزَلَ بِسَاحَتِهِمْ فَسَاءَ صَبَاحُ الْمُنْذَرِينَ177
177. Əzab onların yurdlarına endiyi zaman qorxudulanların sabahı necə də pis olacaq!
وَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍ178
178. Sən bir müddət onlardan üz çevir!
وَأَبْصِرْ فَسَوْفَ يُبْصِرُونَ179
179. Onlara bax! Onlar tezliklə əzabı görəcəklər.
سُبْحَانَ رَبِّكَ رَبِّ الْعِزَّةِ عَمَّا يَصِفُونَ180
180. Qüdrət sahibi olan Rəbbin pakdır, müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır.
وَسَلَامٌ عَلَى الْمُرْسَلِينَ181
181. Elçilərə salam olsun!
وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ182
182. Aləmlərin Rəbbi olan Allaha həmd olsun!