Surə 37 · Cüz 23
As-Saffat · 37:8
لَا يَسَّمَّعُونَ إِلَى الْمَلَإِ الْأَعْلَىٰ وَيُقْذَفُونَ مِنْ كُلِّ جَانِبٍ
8. Onlar artıq ali topluma – mələklərin söhbətlərinə qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə yandırıb yaxan alovlar yağdırılar
Təfsir
O şeytanlar artıq, göydəki mələklərin Rəbbinin onlara vəhy etdiyi şəriət qanunları və müəyyən etdiyi qədəri haqqında danışdıqları söhbətlərinə qulaq asa bilməzlər. (Və əgər qulaq assalar,) hər tərəfdən üstlərinə yandırıb yaxan alovlar yağdırılar.