Surə 37 · Cüz 23
As-Saffat · 37:112
وَبَشَّرْنَاهُ بِإِسْحَاقَ نَبِيًّا مِنَ الصَّالِحِينَ
112. Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik.
Təfsir
Biz ona digər bir övlad - peyğəmbər və əməlisaleh olacaq bir övlad ilə müjdə verdik. Bu da, İshaq idi. Bu, onun, Allaha itaət edib yeganə övladı İsmaili qurban kəsmək istəyinin əvəzi idi.