Surə 37 · Cüz 23
As-Saffat · 37:73
فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُنْذَرِينَ
73. Bax gör xəbərdar edilənlərin aqibəti necə oldu.
Təfsir
Ey Peyğəmbər, bax gör öz peyğəmbərləri tərəfindən qorxudulmuş, lakin onların dəvətini qəbul etməmiş ümmətlərin axırı necə oldu. Küfr etdiklərinə və peyğəmbərlərini yalançı saydılarına görə, onların axırı, əbədi olaraq Cəhənnəmdə qalmaq oldu.