Surə 37 · Cüz 23
As-Saffat · 37:158
وَجَعَلُوا بَيْنَهُ وَبَيْنَ الْجِنَّةِ نَسَبًا ۚ وَلَقَدْ عَلِمَتِ الْجِنَّةُ إِنَّهُمْ لَمُحْضَرُونَ
158. Onlar Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların Cəhənnəmə gətiriləcəyini bilirlər.
Təfsir
Müşriklər Allahla özlərinin görmədikləri mələklər arasında qohumluq olduğunu uydurdular. Belə ki, onlar mələklərin Allahın qızları olduğunu söylədilər. Mələklər Allahın müşrikləri sorğu-sual etmək üçün (məhşərə) gətirəcəyini bilirlər.