Surə 37 · Cüz 23
As-Saffat · 37:96
وَاللَّهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُونَ
96. Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”.
Təfsir
Pak və müqəddəs Allah sizi və sizin əməllərinizi yaratmışdır. O əməllərinizdən biri də öz əllərinizlə düzəltdiyiniz bu bütlərdir. İbadət edilməyə layiq olan və heç bir şəriki olmayan yalnız Allahdır.