Surə 37 · Cüz 23
As-Saffat · 37:30
وَمَا كَانَ لَنَا عَلَيْكُمْ مِنْ سُلْطَانٍ ۖ بَلْ كُنْتُمْ قَوْمًا طَاغِينَ
30. Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aşmış adamlar idiniz.
Təfsir
Ey bizə tabe olanlar, biz sizə hökmranlıq etmirdik, yaxud təzyiq göstərmirdik ki, sizi küfr, şirk və asiliklər etməyə vadar edək. Xeyr, siz özünüz küfrdə və azğınlıqda həddi aşmış bir qövm idiniz.