Surə 37 · Cüz 23
As-Saffat · 37:29
قَالُوا بَلْ لَمْ تَكُونُوا مُؤْمِنِينَ
29. Başçılar deyəcəklər: “Xeyr! Siz inanan adamlar deyildiniz.
Təfsir
Başçılar tabeçiliklərində olanlara deyəcəklər: “Xeyr, bu, heç də sizin dediyiniz kimi deyil. Əksinə, siz özünüz küfr edirdiniz, inanan kimsələr deyildiniz, üstəlik, (haqqı) inkar da edirdiniz.