Surə 37 · Cüz 23
As-Saffat · 37:76
وَنَجَّيْنَاهُ وَأَهْلَهُ مِنَ الْكَرْبِ الْعَظِيمِ
76. Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq.
Təfsir
Biz onu, onun əhli-beytini və onunla birlikdə olan möminləri, onun qövmünün əziyyətindən və onlardan kafir olanların üstünə göndərilmiş böyük tufan qopduğu zaman suya qərq olmaqdan xilas etdik.