Surə 37 · Cüz 23
As-Saffat · 37:105
قَدْ صَدَّقْتَ الرُّؤْيَا ۚ إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ
105. Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
Təfsir
Artıq sən yuxuda gördüyünü - oğlunu qurban kəsmək əmrini yerinə yetirdin!” Biz səni bu böyük imtahandan qurtardığımız kimi, yaxşı iş görən kimsələri də, sınaqlardan və müsibətlərdən xilas etməklə, mükafatlandırırıq.