Surə 37 · Cüz 23
As-Saffat · 37:56
قَالَ تَاللَّهِ إِنْ كِدْتَ لَتُرْدِينِ
56. və deyəcək: “Allaha and olsun ki, sən məni də məhv edəcəkdin.
Təfsir
və deyəcək: “Ey yoldaş, Allaha and olsun ki, sən məni küfrə və dirilməni inkar etməyə dəvət etməklə az qala məni Cəhənnəm oduna salıb məhv edəcəkdin.