Qaf

سورة ق

Surə 50 · Məkki · 45 ayə

50:1Cüz 26 · s. 518

ق ۚ وَالْقُرْآنِ الْمَجِيدِ1

1. Qaf. Şərəfli Qurana and olsun!
50:2Cüz 26 · s. 518

بَلْ عَجِبُوا أَنْ جَاءَهُمْ مُنْذِرٌ مِنْهُمْ فَقَالَ الْكَافِرُونَ هَٰذَا شَيْءٌ عَجِيبٌ2

2. Onlara öz aralarından xə­bərdarlıq edən bir peyğəmbər gəl­mə­si­nə təəccüb edən kafir­lər dedilər: “Bu çox qəribə bir şeydir.
50:3Cüz 26 · s. 518

أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا ۖ ذَٰلِكَ رَجْعٌ بَعِيدٌ3

3. Məgər biz ölüb torpağa qarış­dıq­dan sonra yenidən di­ri­ləcəyik? Bu, əlçat­maz bir qa­yı­dışdır!”
50:4Cüz 26 · s. 518

قَدْ عَلِمْنَا مَا تَنْقُصُ الْأَرْضُ مِنْهُمْ ۖ وَعِنْدَنَا كِتَابٌ حَفِيظٌ4

4. Həqiqətən, Biz yerin on­lardan nə­yi alıb əskiltdiyini bi­lirik. Biz­də hər şeyi qo­ruyan bir Kitab var­dır.
50:5Cüz 26 · s. 518

بَلْ كَذَّبُوا بِالْحَقِّ لَمَّا جَاءَهُمْ فَهُمْ فِي أَمْرٍ مَرِيجٍ5

5. Lakin haqq onlara yetişdikdə onu yalan hesab et­di­lər. İndi on­lar çaşqın və­ziy­yətdədirlər.
50:6Cüz 26 · s. 518

أَفَلَمْ يَنْظُرُوا إِلَى السَّمَاءِ فَوْقَهُمْ كَيْفَ بَنَيْنَاهَا وَزَيَّنَّاهَا وَمَا لَهَا مِنْ فُرُوجٍ6

6. Məgər onlar başları üs­tün­dəki gö­yə baxıb onu necə ya­rat­dı­ğı­mızı və necə bəzədi­yi­mizi görmürlərmi? Orada heç bir yarıq da yox­dur.
50:7Cüz 26 · s. 518

وَالْأَرْضَ مَدَدْنَاهَا وَأَلْقَيْنَا فِيهَا رَوَاسِيَ وَأَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ بَهِيجٍ7

7. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və göz ox­şayan bit­ki­lərin hər nö­vündən yetişdirdik.
50:8Cüz 26 · s. 518

تَبْصِرَةً وَذِكْرَىٰ لِكُلِّ عَبْدٍ مُنِيبٍ8

8. Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nə­sihət ol­sun deyə belə etdik.
50:9Cüz 26 · s. 518

وَنَزَّلْنَا مِنَ السَّمَاءِ مَاءً مُبَارَكًا فَأَنْبَتْنَا بِهِ جَنَّاتٍ وَحَبَّ الْحَصِيدِ9

9. Biz göydən bərəkətli su endirdik, onunla bağlar və bi­çilən ta­xıl dənələri bitirdik.
50:10Cüz 26 · s. 518

وَالنَّخْلَ بَاسِقَاتٍ لَهَا طَلْعٌ نَضِيدٌ10

10. Eləcə də meyvələri sal­xım-sal­xım asılmış hündür xur­ma ağac­ları bitirdik.
50:11Cüz 26 · s. 518

رِزْقًا لِلْعِبَادِ ۖ وَأَحْيَيْنَا بِهِ بَلْدَةً مَيْتًا ۚ كَذَٰلِكَ الْخُرُوجُ11

11. Qullara ruzi olsun deyə belə etdik! Biz onunla ölü bir məm­lə­kə­ti diriltdik. Dirilib qə­birdən çıxmaq da belədir.
50:12Cüz 26 · s. 518

كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَأَصْحَابُ الرَّسِّ وَثَمُودُ12

12. Onlardan əvvəl Nuh qöv­mü, Rəss əhli, Səmud tayfası elçiləri ya­lançı saydı.
50:13Cüz 26 · s. 518

وَعَادٌ وَفِرْعَوْنُ وَإِخْوَانُ لُوطٍ13

13. Ad qövmü, Firon xalqı, Lut tayfa­sı,
50:14Cüz 26 · s. 518

وَأَصْحَابُ الْأَيْكَةِ وَقَوْمُ تُبَّعٍ ۚ كُلٌّ كَذَّبَ الرُّسُلَ فَحَقَّ وَعِيدِ14

14. Əykə əhli və Tubba qöv­mü – bun­ların hamısı elçiləri ya­lan­çı saydı və Mənim təh­di­dim gerçəkləşdi.
50:15Cüz 26 · s. 518

أَفَعَيِينَا بِالْخَلْقِ الْأَوَّلِ ۚ بَلْ هُمْ فِي لَبْسٍ مِنْ خَلْقٍ جَدِيدٍ15

15. Məgər Biz ilk yaradılış­dan zəif­lə­dikmi? Xeyr! Onlar yeni ya­ra­dılış olan dirilmə ba­rə­sində şübhə içindədirlər.
50:16Cüz 26 · s. 519

وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسُهُ ۖ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ16

16. İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdi­yini də bi­li­rik. Biz ona şah da­marından da yaxınıq.
50:17Cüz 26 · s. 519

إِذْ يَتَلَقَّى الْمُتَلَقِّيَانِ عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ قَعِيدٌ17

17. Sağında və solunda iki mələk otu­rub onun əməllərini qey­də alır.
50:18Cüz 26 · s. 519

مَا يَلْفِظُ مِنْ قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ18

18. Dediyi elə bir söz yox­dur ki, onu yazmaq üçün ya­nında hazır dur­muş gö­zətçi olmasın.
50:19Cüz 26 · s. 519

وَجَاءَتْ سَكْرَةُ الْمَوْتِ بِالْحَقِّ ۖ ذَٰلِكَ مَا كُنْتَ مِنْهُ تَحِيدُ19

19. Ölüm bihuşluğu həqiqə­tən gələ­cək. Ey insan! Bu, sənin uzaq qaç­dı­ğın şeydir.
50:20Cüz 26 · s. 519

وَنُفِخَ فِي الصُّورِ ۚ ذَٰلِكَ يَوْمُ الْوَعِيدِ20

20. Sur üfürüləcək. Bu, vəd olun­muş təhdid günüdür.
50:21Cüz 26 · s. 519

وَجَاءَتْ كُلُّ نَفْسٍ مَعَهَا سَائِقٌ وَشَهِيدٌ21

21. Hər kəs onu qova-qova məhşərə gətirənlə və bir də əməl­lərinə şa­hidlik edənlə bir­likdə gələcək.
50:22Cüz 26 · s. 519

لَقَدْ كُنْتَ فِي غَفْلَةٍ مِنْ هَٰذَا فَكَشَفْنَا عَنْكَ غِطَاءَكَ فَبَصَرُكَ الْيَوْمَ حَدِيدٌ22

22. Sən bu günün haq­qında qəflət için­də idin. Amma Biz pər­də­ni sənin üzün­dən qal­dır­dıq. Sən bu gün çox yaxşı gö­rürsən!”
50:23Cüz 26 · s. 519

وَقَالَ قَرِينُهُ هَٰذَا مَا لَدَيَّ عَتِيدٌ23

23. Yoldaşı (şahid mələk) de­yəcək­: “Bu yanımdakı ha­zır­dır!”
50:24Cüz 26 · s. 519

أَلْقِيَا فِي جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِيدٍ24

24. Allah buyuracaq: “Atın Cə­hənnəmə hər bir inad­cıl kafi­ri,
50:25Cüz 26 · s. 519

مَنَّاعٍ لِلْخَيْرِ مُعْتَدٍ مُرِيبٍ25

25. xeyrə mane olanı, az­ğın­laşıb həd­di aşanı, şübhə edəni,
50:26Cüz 26 · s. 519

الَّذِي جَعَلَ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ فَأَلْقِيَاهُ فِي الْعَذَابِ الشَّدِيدِ26

26. başqa bir məbudu Alla­ha tay tu­ta­nı. Atın onu şiddətli əza­bın içinə!”
50:27Cüz 26 · s. 519

۞ قَالَ قَرِينُهُ رَبَّنَا مَا أَطْغَيْتُهُ وَلَٰكِنْ كَانَ فِي ضَلَالٍ بَعِيدٍ27

27. Dostu şeytan deyə­cək­: “Ey Rəbbimiz! Onu mən yol­dan çı­xart­­ma­dım, əksinə, o özü dərin azğınlıq içində idi!”
50:28Cüz 26 · s. 519

قَالَ لَا تَخْتَصِمُوا لَدَيَّ وَقَدْ قَدَّمْتُ إِلَيْكُمْ بِالْوَعِيدِ28

28. Allah deyəcək: “Mə­nim hüzu­rumda höcətləşməyin. Mən əv­vəlcədən sizi xəbərdar etmişdim.
50:29Cüz 26 · s. 519

مَا يُبَدَّلُ الْقَوْلُ لَدَيَّ وَمَا أَنَا بِظَلَّامٍ لِلْعَبِيدِ29

29. Mənim Sözüm dəyiş­məz­dir. Mən bəndələrə zülm edən de­yi­ləm!”
50:30Cüz 26 · s. 519

يَوْمَ نَقُولُ لِجَهَنَّمَ هَلِ امْتَلَأْتِ وَتَقُولُ هَلْ مِنْ مَزِيدٍ30

30. O gün Biz Cəhənnəmə: “Dol­dun­mu?”– deyəcəyik. O isə: “Ye­nə varmı?”– deyəcək­.
50:31Cüz 26 · s. 519

وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ غَيْرَ بَعِيدٍ31

31. Cənnət müttəqilərə ya­xın­laş­dırı­lacaq, onlardan uzaq­da ol­ma­ya­­caq.
50:32Cüz 26 · s. 519

هَٰذَا مَا تُوعَدُونَ لِكُلِّ أَوَّابٍ حَفِيظٍ32

32. Budur sizə vəd edilən Cənnət! O, hər bir tövbə edib Alla­ha üz tu­tan, Onun əmrinə riayət edən,
50:33Cüz 26 · s. 519

مَنْ خَشِيَ الرَّحْمَٰنَ بِالْغَيْبِ وَجَاءَ بِقَلْبٍ مُنِيبٍ33

33. Mərhəmətli Allahdan Onu gör­mə­dən qorxan və Allaha yö­nəl­miş qəlblə gələn kimsələr üçün­dür.
50:34Cüz 26 · s. 519

ادْخُلُوهَا بِسَلَامٍ ۖ ذَٰلِكَ يَوْمُ الْخُلُودِ34

34. Ora sağ-salamat daxil olun! Bu, Əbədiyyət günüdür.
50:35Cüz 26 · s. 519

لَهُمْ مَا يَشَاءُونَ فِيهَا وَلَدَيْنَا مَزِيدٌ35

35. Orada onlar üçün istə­dik­ləri hər şey hazırlanmışdır. Üs­təlik hü­zuru­muz­da bundan da artığı – Allahı gör­mək var­.
50:36Cüz 26 · s. 520

وَكَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنْ قَرْنٍ هُمْ أَشَدُّ مِنْهُمْ بَطْشًا فَنَقَّبُوا فِي الْبِلَادِ هَلْ مِنْ مَحِيصٍ36

36. Biz onlardan əvvəl özlə­rindən daha qüvvətli neçə-ne­çə nəsli məhv etdik. Onlar di­yarbədiyar gəzib dola­şır­dı­lar. Məgər əzab­dan qaçıb qurtara bil­dilərmi?”
50:37Cüz 26 · s. 520

إِنَّ فِي ذَٰلِكَ لَذِكْرَىٰ لِمَنْ كَانَ لَهُ قَلْبٌ أَوْ أَلْقَى السَّمْعَ وَهُوَ شَهِيدٌ37

37. Həqiqətən, bunda həssas qəlbi olan, hazır durub diqqətlə qu­laq asan kimsə üçün ibrət var.
50:38Cüz 26 · s. 520

وَلَقَدْ خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ وَمَا مَسَّنَا مِنْ لُغُوبٍ38

38. Biz göyləri, yeri və on­la­rın ara­sın­da olanları altı gün­də ya­rat­dıq və Bizə heç bir yor­ğun­luq üz vermədi.
50:39Cüz 26 · s. 520

فَاصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ الْغُرُوبِ39

39. Sən onların dediklərinə səbir et! Gün doğmamışdan əv­vəl və batma­mış­dan əvvəl Rəb­bini həmd ilə təriflə!
50:40Cüz 26 · s. 520

وَمِنَ اللَّيْلِ فَسَبِّحْهُ وَأَدْبَارَ السُّجُودِ40

40. Gecənin bir vaxtında və səc­də­lər­dən sonra Onun şə­ni­nə tə­rif­lər de!
50:41Cüz 26 · s. 520

وَاسْتَمِعْ يَوْمَ يُنَادِ الْمُنَادِ مِنْ مَكَانٍ قَرِيبٍ41

41. Dinlə ey Peyğəmbər! O gün carçı yaxın bir yerdən ça­ğı­ra­caq.
50:42Cüz 26 · s. 520

يَوْمَ يَسْمَعُونَ الصَّيْحَةَ بِالْحَقِّ ۚ ذَٰلِكَ يَوْمُ الْخُرُوجِ42

42. O gün onlar bu səsi ger­çəkdən eşidəcəklər. Bu, qəbir­lərdən çıx­ma günü­dür.
50:43Cüz 26 · s. 520

إِنَّا نَحْنُ نُحْيِي وَنُمِيتُ وَإِلَيْنَا الْمَصِيرُ43

43. Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş də yalnız Bi­zədir.
50:44Cüz 26 · s. 520

يَوْمَ تَشَقَّقُ الْأَرْضُ عَنْهُمْ سِرَاعًا ۚ ذَٰلِكَ حَشْرٌ عَلَيْنَا يَسِيرٌ44

44. O gün yer onlardan ötrü ya­rı­la­caq, onlar sürətlə carçıya doğ­ru çıxa­caq­lar. Beləcə, on­la­rı bir yerə yığmaq Bi­zim üçün asandır.
50:45Cüz 26 · s. 520

نَحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ ۖ وَمَا أَنْتَ عَلَيْهِمْ بِجَبَّارٍ ۖ فَذَكِّرْ بِالْقُرْآنِ مَنْ يَخَافُ وَعِيدِ45

45. Biz onların nə dediklə­rini yaxşı bi­lirik. Sən onları məc­bur edən deyilsən. Sən Mənim təhdidimdən qorxan­lara Quranla öyüd-nəsihət ver!

Surənin əvvəlindən oxut