Surə 50 · Cüz 26
Qaf · 50:39
فَاصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ الْغُرُوبِ
39. Sən onların dediklərinə səbir et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə!
Təfsir
Ey Peyğəmbər! Sən yəhudilərin və başqalarının dediklərinə səbir et! Rəbbinə həmd edərək gün doğmamışdan əvvəl fəcr namazını, gün batmamışdan əvvəl də əsr namazını qıl!