Surə 50 · Cüz 26
Qaf · 50:42
يَوْمَ يَسْمَعُونَ الصَّيْحَةَ بِالْحَقِّ ۚ ذَٰلِكَ يَوْمُ الْخُرُوجِ
42. O gün onlar bu səsi gerçəkdən eşidəcəklər. Bu, qəbirlərdən çıxma günüdür.
Təfsir
O gün məxluqat, heç bir şübhə olmayan dirilmə çağırışını gerçəkdən eşidəcək. Onların bu çağırışı eşidəcəkləri o gün, ölülərin haqq-hesaba çəkilmək və əməllərinin əvəzini almaq üçün öz qəbirlərdən çıxma günüdür.