Surə 50 · Cüz 26
Qaf · 50:43
إِنَّا نَحْنُ نُحْيِي وَنُمِيتُ وَإِلَيْنَا الْمَصِيرُ
43. Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş də yalnız Bizədir.
Təfsir
Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Bizdən başqa nə dirildən, nə də öldürən var. Qiyamət günü qulların haqq-hesaba çəkilməsi və əməllərinin əvəzini alması üçün dönüşü yalnız Bizədir.