Surə 50 · Cüz 26

Qaf · 50:45

نَحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ ۖ وَمَا أَنْتَ عَلَيْهِمْ بِجَبَّارٍ ۖ فَذَكِّرْ بِالْقُرْآنِ مَنْ يَخَافُ وَعِيدِ

45. Biz onların nə dediklə­rini yaxşı bi­lirik. Sən onları məc­bur edən deyilsən. Sən Mənim təhdidimdən qorxan­lara Quranla öyüd-nəsihət ver!

Təfsir

Biz haqqı yalan sayan o kimsələrin nə dediklə­rini yaxşı bi­lirik. Ey Peyğəmbər! Sən onları iman gətirməyə məc­bur edən deyilsən. Sən sadəcə Allahın sənə təbliğ olunmasını əmr etdiyini təbliğ edənsən. Sən Mənim təhdidimdən qorxan kafirlərə və asi olanlara ­Quranla öyüd-nəsihət ver. Çünki məhz qorxan kimsə öyüd-nəsihət alar və ona xatırlatdıqda xatırlayar.

Oxuyucuda aç - Surəni tam oxu