Surə 50 · Cüz 26
Qaf · 50:35
لَهُمْ مَا يَشَاءُونَ فِيهَا وَلَدَيْنَا مَزِيدٌ
35. Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı – Allahı görmək var.
Təfsir
Orada onlar üçün istədikləri tükənməz nemətlər hazırlanmışdır. Üstəlik, hüzurumuzda bundan da artığı heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir bəşər övladının qəlbindən keçirmədiyi nemətlər vardır. Uca Allahı görmək də bu nemətlərdən biridir.