Surə 50 · Cüz 26
Qaf · 50:33
مَنْ خَشِيَ الرَّحْمَٰنَ بِالْغَيْبِ وَجَاءَ بِقَلْبٍ مُنِيبٍ
33. Mərhəmətli Allahdan Onu görmədən qorxan və Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür.
Təfsir
Gizlində, Allahdan başqasının onu görmədiyi halda Mərhəmətli Allahdan qorxan və Allaha üz tutub daim Ona yönəlmiş salamat qəlblə Onun hüzuruna gələn kimsələr üçündür.