Surə 50 · Cüz 26
Qaf · 50:29
مَا يُبَدَّلُ الْقَوْلُ لَدَيَّ وَمَا أَنَا بِظَلَّامٍ لِلْعَبِيدِ
29. Mənim Sözüm dəyişməzdir. Mən bəndələrə zülm edən deyiləm!”
Təfsir
Mənim Sözüm dəyişməzdir və mən vədimə xilaf çıxan deyiləm. Mən qullarımın nə savablarını azaldaraq, nə də ki, günahlarını artıraraq əsla onlara zülm etmərəm, Əksinə, onlara etdikləri əməllərin əvəzini verərəm”.