Surə 50 · Cüz 26
Qaf · 50:37
إِنَّ فِي ذَٰلِكَ لَذِكْرَىٰ لِمَنْ كَانَ لَهُ قَلْبٌ أَوْ أَلْقَى السَّمْعَ وَهُوَ شَهِيدٌ
37. Həqiqətən, bunda həssas qəlbi olan, hazır durub diqqətlə qulaq asan kimsə üçün ibrət var.
Təfsir
Həqiqətən, bu deyilənlərdə - əvvəlki ümmətlərin məhv olmasında, dərk edən qəlbi olan və ya sakit durub diqqətlə qulaq asan kimsə üçün ibrət vardır.