Surə 50 · Cüz 26

Qaf · 50:2

بَلْ عَجِبُوا أَنْ جَاءَهُمْ مُنْذِرٌ مِنْهُمْ فَقَالَ الْكَافِرُونَ هَٰذَا شَيْءٌ عَجِيبٌ

2. Onlara öz aralarından xə­bərdarlıq edən bir peyğəmbər gəl­mə­si­nə təəccüb edən kafir­lər dedilər: “Bu çox qəribə bir şeydir.

Təfsir

Onların haqqı inkar etmələrinin səbəbi səni yalançı saymaları olmamışdı, çünki onlar sənin doğru danışdığını bilirdilər. Xeyr, onlar mələklərdən deyil, özləri kimi bir insanın onlara qorxudan bir peyğəmbər göndərildiyinə təəccüb etdilər və elə buna görə də dedilər: “Bəşər övladının bizə peyğəmbər göndərilməsi əcaib bir şeydir.

Oxuyucuda aç - Surəni tam oxu