Surə 50 · Cüz 26
Qaf · 50:7
وَالْأَرْضَ مَدَدْنَاهَا وَأَلْقَيْنَا فِيهَا رَوَاسِيَ وَأَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ بَهِيجٍ
7. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və göz oxşayan bitkilərin hər növündən yetişdirdik.
Təfsir
Biz yeri, sakinləri onun üzərində qərar tuta bilsin deyə döşədik, yer silkələnməsin deyə orada möhkəm dağlar yerləşdirdik və orada göz oxşayan bitkilərin və ağacların hər növündən yetişdirdik.